Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə əsgər və zabitlərlə görüş keçirilib - Fotolar


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Novruz Bayramı münasibətilə cəbhə bölgəsində, düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirib


Alı Alıyev hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkmiş, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə fərdi söhbətlər aparmış, onlara bayram sovqatı çatdırmışdır. Alı Alıyev Novruz bayramının xalqımızın ən sevimli bayramlarından biri olduğunu, Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində əsgərlərə gələcəyə daim ümidlə baxmağı tövsiyyə etmişdir.

Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Alı Alıyev bildirmişdir ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:

-  “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Alı Alıyev qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra da ordu quruculuğu siyasətini davam etdirmişdir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir.

 "Prezident, Ali Baş Komandan İlham Əliyev ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur”.

 Alı Alıyev əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulamışdır.

Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulamışlar.  Daha sonar Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə hədiyyələr təqdim edilmişdir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar