Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd olunub


Horadiz şəhərində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib


Tədbirdə rayon icra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun səhiyyə işçiləri, ictimai fəallar, ziyalılar iştirak edib.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  və bir qrup tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  tədbiri açaraq dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə məlumat vermişdir.
Alı Alıyev qeyd edib ki, Zərifə xanım Əliyevanın ömür yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olub. Bildirib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. 

Alı Alıyev vurğulayıb ki, Zərifə xanım Əliyevanın parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq.

Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Natiq Şükürov və digərləri çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən söhbət açıb, böyük alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.

Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş video çarx nümayiş olunmuş, konsert proqramı təşkil edilib.

pia.az











Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar