Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə 28 May - Respublika Günü qeyd olunub


Horadiz şəhərində 28 may – Respublika Günü münasibətilə tədbir keçirilib


Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.  

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərin xatirəsi  yad edilib.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışmışdır. Alı Alıyev qeyd etmişdir ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olmuşdur. Bildirmişdir ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsədə onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olmuşdur.

Alı Alıyev qeyd etmişdir ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 98 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. 

- “Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir.”

Tədbirdə Rayon məhkəməsinin hakimi Məhəmməd Bağırov məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı vermiş, 70 il sonra-1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir. 

Çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulamışlar. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar