Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı tədbir keçirildi - Fotolar


Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi


Horadiz şəhər stadionda 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Füzuli rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluşdan başlanan yollar” adlı kütləvi bayram tədbiri keçirilmişdir. Bayram tədbirində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin generalları, müharibə veteranları, rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və bir qrup tədbir iştirakçısı əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişdir. 

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani tədbiri açaraq 15 iyun Milli Qurtuluş günü münasibəti ilə Müdafiə Nazirliyinin Füzuli rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi kütləvi bayram tədbiri barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Alı Alıyev qeyd etdi ki, Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir. “Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur”,-deyə Alı Alıyev əlavə etmişdir.

Bildirdi ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Alı Alıyev vurğulayıb ki, bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır.

Tədbirdə çıxış edənlər 24 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi və xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışlar.

Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin və rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlarla davam etdirilib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar