Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli RİHB Respublika Günündə əsgər və zabitlərlə görüşüb - Fotolar


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə 28 may- Respublika Günü münasibəti ilə Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlər görüş keçirib


PİA.AZ -a daxil olan məlumata görə, Alı Alıyev N saylı hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön xəttə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.

Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Respublika Günü münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.  Alı Alıyev Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən danışıb. Bildirib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox çətin və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olmuşdur. “AXC qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan xalqına azadlığı hiss etmək imkanı vermiş, 70 il sonra-1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir. Bu günki müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisidir.“

Alı Alıyev deyib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: “Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizama, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşmışdır”.

Alı Alıyev əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulayıb. 

Digər Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar