Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı


"İnter Server" şirkətlər qrupunun prezidenti Füzuli Məmmədoun (Frenk Elkapone) güya İtaliya mətbuatında Xocalı soyqırımına həsr edilmiş yazısının dərc olunması ilə bağlı uydurduğu yalan nəyə xidmət edir?


Rusiyalı milyoner həmyerlimizin siyasi məqsədlərlə öz həmyerlilərini aldatmağa çalışması ayıb olduğu kimi, özünü Xocalı soyqırımı kimi ümummilli faciənin üzərindən ucuz bir şəkildə reklam etməsi isə ikiqat ayıbdır.  

Azərbaycan əsilli iş adamı Füzuli Məmmədov–Frenk Elkapone bu dəfə daha ucuz reklam vasitəsi seçib. Azərbaycan mediasına verdiyi məlumata görə, guya onun İtaliya mətbautında Xocalı soyqırımına həsr edilmiş yazısı dərc olunub. Müəllifin mediamıza təqdim etdiyi bilgilərə görə, onun həmin yazsı İtaliyada qeydiyyatdan çıxmış reiverflash.it saytında dərc olunub. 

PİA.AZ-ın əməkdaşıınən apardığı kiçik araşdırmadan isə bəlli olub ki, Füzuli Məmmədovun həmin çox kiçik həcmli yazısı əslində adı şəkilən internet resursunun bloqunda yerləşdirilib ki, bunu istənilən oxucunun çox asanlıqla etməsi mümkündür. Oxucuların öz yazılarını yerləşdirməsi üçün internet portallarında ayrıca bloq səhifələrinin mövcudluğu hələlik bizim media üçün yad olsa da, belə bölmələr dünyada əksər internet qəzetlərində var və ənənə şəklini alıb. 

Yəni istənilən internet istifadəçis, dünyanın hər hansı bir ölkəsində qeydiyyatdan keçmiş nüfuzlu bir internet  resursunun oxucular üçün nəzərdə tutulmuş bloqunda yazı yerləşdirilə bilər. Məsələn, Azərbaycanda oturub Türkiyənin “Milliyyət” qəzetinin bloqunda, lap elə adı çəkilən İtaliya internet nəşrinin bloqunda yazı yerləşdirmək mümkündür. Füzuli Məmmədovun da həmin məqaləsinin linkinə diqqət etsəniz, http://www.riverflash.it/wordpress/?p=98780 bloq yazısı olduğu aydın görünür. 

Qeyd edək ki, wordpress açıq qaynaq kod olaraq istifadəçilərə ödənişsiz olaraq paylanan bir blog proqramıdır. Hər gün həmin İtaliya nəşrinin wordpress  bloq proqramında da minlərlə istifadəçi yazı yerləşdirir ki, bu yazıların demək olar ki, oxucusu olmur və heç kim üçün maraqlı da deyil.  

Fuzuli Məmmədovun belə ucuz vasitələrdən istifadə edərək bizi guya İtaliya mediasında məqalə dərc etdirməsi adı ilə Azərbaycan mediasını və Azərbaycan ictimaiyyətini aldatması isə sadəcə olaraq ayıbdır. Burdan da həmçinin iş adamının genosidə məruz qalmış insanların ağrı və acıları üzərindən özünü ən ucuz şəkildə reklam etməyə çalışması və müəyyən siyasi məqsədlər güdməsi açıq-aydın görünməkdədir. İş adamının siysi məqsədlərlə öz həmyerlilərini aldatmağa çalışması ayıb olduğu kimi, özünü Xocalı soyqırımı kimi ümummilli faciənin üzərindən reklam etməsi isə ikiqat ayıbdır.  

P.S. Qeyd edək ki, Elkapone mediamıza təqdim etdiyi screen-də yazının bloq materialı olduğunu gizlətmək üçün linkin “wordpress” hissəsini fotoşop vasitəsilə kəsdirib. 


 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar