Çernoqoriyanın futbol çempionatında çıxış edən komandanın qapıçısı güllələnib
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən yerlə vaxtla saat 19:30-da "Vokel" futbol klubunun qapıçısı Qoran Lenats naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.
Bildirilir ki, qatil əvvəlcə havaya atəş açıb və ətrafındakı insanların qaçmasına şərait yaradıb. O, daha sonra meydançaya daxil olaraq qapıçıya atəş açıb. 33 yaşlı futbolçu xəstəxanada keçinib. Qatil isə qaçıb.
Hazırda onun tutulması üçün axtarış tədbirləri həyata keçirilir.
pia.az