Manchester United-in baş məşqçisi Joze Murinyonun bir sıra futbolçularla münasibəti yaxşı deyil. Bu iddia ilə "Mundo Deportivo" nəşri çıxış edib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, idman nəşri 12 futbolçunun portuqal mütəxəsisdən narazı olduğunu yazır. Bunun səbəbi portuqal mütəxəsisin vaxtaşırı yetirmələrini tənqid etməsidir. Narazı futbolçulardan biri kimi Nemanya Matiç göstərilir. "Brighton"la kubok oyununda Mourinyo serb futbolçudan vəziyyətini xəbər almış və cavabı gözləmədən onun əvəzlənməsinə qərar vermişdi.
Swansea City ilə matçda Mourinyonun oğlunu texniki zonada oturtması da birmənalı qarşılanmayıb.
pia.az