Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Futbol ağlın itməsinə səbəb ola bilər


Futbol oynayan zaman kəllə ilə topu vurmaq beyin pozuntularına, daha sonra isə demensin (ağıl itirmək) inkişafına yol aça bilər


Bu barədə “Acta Neuropathologica” jurnalında dərc edilən və britaniyalı alımlər tərəfindən aparılan tədqiqatda qeyd olunub. BBC-in xəbərinə görə, University College London və Cardiff Universitetinin mütəxəssisləri 5 peşəkar futbolçu və bir həvəskar futbolçu üzərində uzun müddət təhqiqat aparıblar. Ortalama 26 il ərzində futbol oynayan bu kişilərdə 60 yaşdan sonra ağıl zəifləməsi meydana gəlməyə başlayıb. Ölümdən sonra yarılma zamanı həkimlər onlardan 4-ündə "boks demensi" kim məhşur olan xroniki ensefolapatiyanı aşkar ediblər.

"Biz onların beynini açan zaman orada boksçulara xas dəyişikliklərin getdiyini gördük. İlk dəfədir ki, futbolçuların karyeraları müddətində demensin inkişafına yol açan baş zərbələrini göstərmək mümkün oldu", - deyə University College London-un professoru Hugh Morris BBC-yə açıqlamasında bildirib. Tədqiqat müəllifləri uşaqlarda top zərbəsindən sağlamlıqları üçün təhlükənin olduğunu analiz etmədiklərini xüsusi qeyd ediblər. İngiltərə Futbol Assosiasiyası idmançıların xəsarət almaları məsələsinin daha diqqətlə araşdıralacığına dair vəd verib.

Ekspertlər həvəskar futbolla məşğul olanların təhlükəli qrupa daxil olmadığını qeyd ediblər. ABŞ-da idmançılarda yaşlaşan zaman beyinin fəaliyyətinin pisləşməsi məhkəmə çəkişmələrinə səbəb olmuşdu. Belə ki. 2014-cü ildə ABŞ-ın Tələbə İdmanı Milli Assosiasiyası keçmiş idmançılara qaldırdıqları iddiaya görə 70 milyon dollar ödənildiyini bəyan etmişdi. Təşkilat nümayəndələrinin sözlərinə görə bu vəsait beyin silkələnməsinin uzun müddətli təsirinin öyrənilməsinə sərf ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar