Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Fransanın ən zəngin iş adamları - Siyahı


Fransada ölkədəki ən varlı 500 iş adamının sərvətinin son 10 ildə üç dəfə artaraq 650 milyard avroya çatıb


Avro milyarderlərinin sayı ilk dəfə 100-ü keçib.

"Challenges" jurnalının internet saytında yer alan araşdırmaya görə, ölkədəki ən varlı 500 iş adamının sərvəti 2018-də ötən ilə nisbətən 13 faiz artım göstərib.

2009-da Fransanın Ümumi Daxili Məhsulun (ÜDM) yalnız 10%-ni təşkil edən ən varlı 500 iş adamının sərvəti, 2018-də 30%-ə çatıb.

Başda lüks geyim və bəzək olmaqla bir çox sektorda fəaliyyət göstərən Fransanın LVMH şirkətinin sahibi Bernard Arnault 73,2 milyard avro ilə Avropanın ən zəngin iş adamıdır. Ötən il varidatı 46,9 milyard avro olaraq hesablanan Arnault, eyni zamanda "Le Parisien" və "Les Echos" qəzetlərinin də daxil olduğu media qrupunun da sahibidir.

Ən varlılar siyahısının ilk 10-undaki iş adamlarından 6-sı lüks mallar və kosmetika sektorunda fəaliyyət göstərir. Zənginlər siyahısına düşmək üçün ən azı 140 milyon avro sərvətə malik olmaq tələb olunur. (marja.az)

pia.az
Etiket:
loading...