Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın Azərbaycandakı səfirliyində viza ilə bağlı yeni qayda

Viza üçün müraciət edənlərə bildirilir ki, növbəti həftələrdə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar tətbiq olunacaq


Səfirlikdən oxu.az-a verilən məlumata görə, əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən TLS Contact şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq.

Bu şirkət Bakıda «Globus Center»də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi müraciət edənlərə xidmət göstərəcək.

Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək :

• görüşlərin alınması,

• viza ilə bağlı sualların cavablandırılması

• fransız vizası mərkəzində əhalinin qəbulu

• viza müraciətlərinin qəbulu

• barmaq izlərinin alınması

• xidmət xərclərinin yığılması (standart qiymət 26 avro) və viza xərclərinin yığılması

• pasportların geri qaytarılması

Bu sistemə keçid təqvimi aşağıdakı kimidir:

1. Səfirliyin viza şöbəsilə görüşün alınması cümə axşamı, 2 noyabr tarixi daxil olmaqla TLS Contact vasitəsilə olacaq və bu şirkətin website və cağrı mərkəzləri yeni sistemə keçənə kimi aktiv qalacaq. Viza üçün müraciət edənlərə pasportlarını, 6 noyabrdan əvvəl, TLS Contact şirkətindən geri almaları məsləhət görülür.

2. 3 və 6 noyabr tarixləri üçün görüşlər verilməyəcək.

3. Fransız vizasının yeni mərkəzində görüşün alınması çərşənbə axşamı, 7 noyabr tarixindən etibarən CAPAGO şirkəti vasitəsilə veriləcək və onun internet ünvanı və çağrı mərkəzi 30 oktyabr tarixindən etibarən aktiv olacaq. İnternet ünvanı və telefon nömrələri istifadəçilərə gələcək günlərdə bildiriləcək.

Beləliklə, viza üçün müraciət edənlərin heç biri bundan sonra, yəni 3 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla)

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza istəyənlər də CAPAGO şirkətinin fransız vizası mərkəzinə müraciət edəcəklər.

Yalnız TLS Contact və CAPAGO şirkətlərinin cavablandıra biləcəyi suallara və həll edə biləcəyi təcili məsələyə görə [email protected] ünvanına yaza bilərsiniz. Səfirliyin birbaşa müdaxiləsi vacib olmayan müraciətlər cavablandırılmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar