Fransa Peşəkar Futbol Liqası (PFL) "Nitsa" klubunun futbolçusu Valer Jermeni cəzalandırıb
"Report"un məlumatına görə, cəzaya səbəb 26 yaşlı yarımmüdafiəçinin totalizatora pul qoyuluşu etməsidir.
PFL onu 2 oyunluq diskvalifikasiya edib və 1 500 avro cərimələyib. Jermen sosisal şəbəkədəki şəxsi hesabında mərc oyunlarında iştirak etməklə səhvə yol verdiyini və cəzanı qəbul etdiyini bildirib.
Qeyd edək ki, ötən mövsüm Valer Jermen "Nitsa"nın heyətində 38 oyuna çıxıb və 14 qol vurub.
pia.az