Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada “Apple” barəsində təhqiqat başladı

Paris Prokurorluğu ABŞ-ın “Apple” korporasiyası haqqında ilkin təhqiqata başlayıb


Lent.az-ın “Europe 1” radiosuna istinadən verdiyi xəbərə görə, təhqiqat şirkətin köhnə “iPhone” modellərinin işini yavaşlatması ilə bağlıdır.
 
“Halte a l`obsolescence programmee” (HOP) adlı yerli assosiasiya ötən il dekabrın 27-də bununla əlaqədar prokurorluğa şikayət edib. Onlar bildiriblər ki, “Apple” smartfonların məhsuldarlığını və ömrünü qəsdən azaldaraq müştəriləri yeni “iPhone”lar almağa təhrik etmək istəyir. İddiaçılar Fransada istehsalçı tərəfindən texnikanın işinin qəsdən yavaşladılmasını cinayət sayan müvafiq qanuna əsasən ABŞ şirkətinin cəzalandırılmasını tələb ediblər. (Bu norma Fransada 2017-ci ilin avqustunda qəbul olunub.)
 
Paris Prokurorluğu bu il yanvarın 5-də şikayət əsasında ilkin araşdırmaya başlayıb. İş Fransanın Rəqabət, istehlakçılar və fırıldaqçılığa qarşı nəzarət üzrə Baş Direktoratlığının Milli təhqiqat xidmətinə həvalə edilib. Təhqiqat aldatma maddəsi ilə aparılır.

Qeyd edək ki, ”Apple” noyabrın əvvəllərində “iPhoneX” flaqman smartfonunu satışa çıxarıb. Bundan bir qədər sonra istifadəçilər köhnə “iPhone”ların fəaliyyətində problem yaranmasından şikayətlənməyə başlayıblar. Məsələyə münasibət bildirən “Apple” köhnə cihazların işini qəsdən yavaşlatdığını etiraf edərək bunu onların ömrünü uzatmaq niyyəti ilə izah edib. Dekabrın 22-də ABŞ-da bir neçə nəfər bununla əlaqədar məhkəmədə iddia qaldırıb. Dekabrın 29-da şirkət açıq məktubla çıxış edərək istifadəçilərdən üzr istəyib.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar