Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa prezidentinin Qarabağ təşəbbüsü fiasko olur


Ermənistanın “diversant oyunu” onsuz da dalanda olan sülh prosesini daha da qəlizə salacaq; prezidentlərin Paris görüşü baş tutmaya bilər...


Qarabağ danışıqlarında üzücü durğunluq dövrü davam edir. Bunun bir göstəricisi də AzərbaycanErmənistan prezidentləri arasında bu il bircə görüşün də baş tutmamasıdır.

Halbuki indiyədək hər il ən azı bir-iki, hətta 3-4 bu cür təmas olub. Amma 2014-ün ikinci yarısı gedir, prezidentlər səviyyəsində təmas ehtimalı azalır ki, artmır.

Xatırladaq ki, İlham Əliyev və Serj Sərkisyan arasında sonuncu dəfə görüş təşəbbüsü ilə Fransa prezidenti Fransua Olland regionda səfərdə olarkən çıxış edib. Lakin tərəflər bu təşəbbüsə müsbət yanaşsa da, hələ ki nə görüş vaxtı təxmini məlumdur, nə də bu yöndə hansısa ciddi hərəkətlilik var. Vəziyyətdən isə deyəsən, ən çox ABŞ və Fransa narahatdır - Minsk Qrupunun Qərbi təmsil edən iki həmsədr dövləti olaraq. Çünki status-kvonun qalması indi heç vaxt olmadığı qədər Rusiyanın maraqlarına uyğundur və eyni zamanda yeni müharibə risklərini artırır.
Bu arada situasiyanı şərh edən Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib ki, Bakı görüş xətrinə görüş tərəfdarı deyil. Bu da o anlama gəlir ki, Azərbaycan bundan sonra belə təmaslara daha tələbkar yanaşmaq niyyətindədir, nəinki sıradan bir hadisə və şəkil çəkdirmək fürsəti kimi. 
Doğrudan da indiyədək Avropa, Amerika və Rusiya şəhərlərində onlarla belə görüş olub. Lakin onların heç biri rəsmi İrəvanın maksimalist və barışmaz mövqeyi ucbatından produktiv olmayıb. Yenə belə olacağı ehtimalı yetərincə güclüdür. Erməni tərəfinin girov götürdüyü kəlbəcərli qaçqınlar - Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qurmağa hazırlaşdığı diversant tamaşası isə növbəti görüşün önəmini bəri başdan heçə endirir. Nədən ki, münaqişə tərəfləri arasında onsuz da defisit olan etimad mühitini bir az da sarsıdır. Demək, paralel surətdə Rusiyanın destruktiv planlarına işləyir, müharibə risklərini gücləndirir. 
              
Beləliklə, Ermənistanın “diversant oyunu” onsuz da dalanda olan sülh prosesini bir az da qəlizə sala, Rusiyanın əlinə, Qərbin, konkret olaraq Fransanın təşəbbüskarlığı əleyhinə işləyə bilər. Bu xüsusda Fransanın Ermənistandakı səfiri Anri Renonun Kəlbəcər insidentindən narahatlıq ifadə eləməsi anlaşılandır. 

Ermənilərin girov götürdüyü kəlbəcərlilərdən danışan diplomat deyib: “Təmas xəttində insidentlər Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin irəliləməsinə kömək edə bilməz. Təbii ki, biz hər dəfə təəssüf hissi keçiririk ki, təmas xəttində belə xoşagəlməz hadisələr baş verir. Bu cür olaylar nizamlama prosesini qabağa aparmaq üçün zəruri olan əlverişli etimad atmosferinin yaradılmasına xidmət edə bilməz. Hər dəfə də biz tərəfləri təmkinli olmağa, ən əsası, 1994-cü ildə imzalanmış atəşkəs rejimi haqda anlaşmaya sadiq qalmağa çağırırıq”.

Səfirin açıqlamasında əslində ən əvvəl erməni tərəfinə ünvanlı bir narazılıq var. Hər halda, prezidentlərin birbaşa təmas şansına zərbə vuran həmin insidentin baiskarı azərbaycanlılar deyil, ermənilərdir. Onlar saxlanılan şəxsləri dərhal Qırmızı Xaça təhvil vermək əvəzinə, girovlar üzərində böyük siyasi-təbliğati şou düzəltmək yolu tutdular ki, bu da Fransua Ollandın münaqişə tərəfləri arasında etimad atmosferini gücləndirməyə hesablanmış məlum təşəbbüsünü urvatsız edir.
Baş verənlər növbəti dəfə işğalçı ölkənin Qarabağ münaqişəsinin dinc həllində maraqlı olmadığını, öz addımları ilə Rusiyanın forpostu və maşası qismində çıxış elədiyinə şəkk-şübhə saxlamır. İndi belə bir marionet ölkənin başçısı ilə bir araya gəlməyin anlamı qalırmı? Sual ritorikdir.(musavat/com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar