Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa prezidenti gəncliyində erotik roman yazıb

Fransa çalxalanır, birinci ledi isə məmnundur


Fransada ən gənc yaşda prezident seçilmiş lider olan Emmanuel Markonun hazırda özündən 24 yaş böyük olan həyat yoldaşı Bridcetə olan sevgi və xəyallarından bəhs edən 300 səhifəlik erotik roman yazdığı ortaya çıxıb. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, iddia Fransanın birinci xanımı Bridcet Makron haqqında yazılan “Azadlaşan qadın” adlı yeni bir bioqrafiyada yer alıb.

Jurnalist Maelle Brun tərəfindən yazılan və 17 yanvarda yayımlanacaq bioqrafiyadan bəzi qeydlər “Closer” jurnalında öz əksini tapıb.

40 yaşlı prezidentin böyüdüyü qəsəbədə bir qonşusu, onun 1993-cü ildə, hələ 16 yaşında ikən yazdığı 300 səhifəlik bir romanı çap makinasında yığıb. Qonşusu “Cürətli bir romandı, bir az açıq-saçıqdı. Əlbəttə, gerçək həyatdakı adlardan istifadə olunmamışdı. Amma məncə həmin vaztlar hiss etdiklərini dili gətirmə ehtiyacı içində idi” deyib. Nəşr xatırladır ki, bu, Makronun həmin vaxt özündən 24 yaş böyük müəlliməsinə aşiq olduğu dönəm idi və orda yazılanların, xüsusən də erotik fantaziyaların onunla bağlı olması inandırıcıdır.  

Yığıçı qonşu bildirdi ki, romanın bir surətini özündə saxlamayıb. Bu isə böyük ehtimalla Fransa prezidentinin üzünü qızardacaq bir gənclik atəşkinin ortaya çıxmasının qarşısını alıb. Markronun ofusu bu açıqlamalarla bağlı hər hansı şərh vermədi.

Gəncliyində ən azı iki roman yazdığı, amma bunları yayımlamadığı bilinən Makron seçki kampaniyası dönəmində siyasi proqramını tanıtdığı “İnqilab” adında bir kitab yayımlamışdı. Prezidentin kabinetində eyni zamanda prezident Édouard Filip və maliyyə naziri Bruno Le Mairenin yayımlanmış romanları var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar