Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa prezidenti Makron Suriya məsələsində ABŞ-a arxa çevirir


“Bəşər Əsədin getməyi vacib deyil” – Təhlil


Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında

 

Mark Semo

Le Monde (Fransa), 23.06.2017


Fransa prezidenti terrorçulaqla mübarizə xatirinə Suriya dövlətinin dağılmasından yayınmağa çalışır və siyasin prosesin təşkili üçün diktatorun gedişini daha tələb etmir.

Parisdə ahəngin dəyişməyi artıq hiss olunurdu. Vəzifə Suriya üzrə danışıqları ölü nöqtədən dəbərtmək və altı ildə 350 mindən çox adamın həyatını aparmış və altı milyon suriyalını qaçqın etmiş və bununla da bütün bölgəni sabitsizləşdirmiş münaqişənin siyasi həllini tapmaqdadır. Lakin əvvəllər bütün bunlar yalnız nəzərdə tutulurdusa, dövlət başçısı indi bunu açıqca deyib.

“Bu məsələdə mənim tərəfimdən yenilik bundan ibarətdir ki, Bəşər Əsədin gedişinin hər şey üçün ilkin şərt olduğunu deməmişəm. Məsələ burasındadır ki, heç kim belə də mənə legitim varisi təqdim etməyib”, – deyə Emmanuel Makron iyunun 22-də “le Figaro”da və Avropanın yeddi başqa nəşrində dərc edilmiş böyük müsahibədə qeyd edib.

Fransanın yeni prezidenti hələ mayın 20-da Versalda Vladimir Putinlə Suriyaya da toxunan açıq danışıqların yekunları üzrə Fransua Ollanddan fərqli olaraq təkid etməyib ki, “Bəşər Əsəd Suriyanın gələcəyini təmsil edə bilməz”.  

O, növbəti gün xaricdən Yelisey sarayına gəlmiş Suriya müxalifəti təmsilçilərini hər halda sakirləşdirib, Fransanın BMT-nin 2254 saylı qətnaməsi ruhunda “inklüziv siyasi prosesə” yardım etməyə hazır olduğuna və proses başa çatarkən Surioya diktatorunun gedişinə öz cəhdlərinə inandırıb.

Hər necə olsa da, bütün bunlar prioritetlər sırasına aşkarca daha daxil deyildi. Xarici işlər naziri Jan-İv Le Drian iyunun 20də Moskvaya rusiyalı həmkarı Sergey Lavrovla görüşə yola düşərkən onların adı dördsaatlıq söhbətlərində hətta xatırladılmayan Bəşər Əsədin taleyi haqda bir kəlmə də deməyib.

Praqmatizm


Neclə olur-olsun, burada söhbət 180 dərəcəlik dönüşdən getmir. Məsələ burasındadır ki, diktatorun gedişi siyasi həll axtarışı üzrə Cenevrədə aparılan danışıqların ilkin şərti sayılmır. Parisə, həmçinin üsyanı dəstəkləyən Qərb və ərəb paytaxtlarına aydın idi ki, bu münaqişədə yüz minlərlə insanın ölümünə görə məsuliyyət daşıyan və həm də kimyəvi silahdan öz əhalisinə qarşı tərəddüdsüz istifadə etmiş diktatoru hakimiyyətdə saxlamaqla Suriyada əsil sülh və sabitliyə nail olmaq mümkün deyil.  

“Siyasi proses yalnız rejimin səthi yenidən təşkili ilə başa çatarsa, praktik olaraq bunun üçün heç bir vəsaiti olmayan Rusiyaİran istisna olmaqla heç kim və ya demək olar, heç kəs müharibənin viran qoyduğu Suriyanı bərpa etməyə pul verməyəcək”, – deyə diplomatik çevrələrin təmsilçisi xatırladır. Eyni zamanda Parisdə hazırda etiraf edirlər ki, “Əsədin devirlnməsinə israrlı tələb son nəticədə səmərəsiz çıxdı”.

Diplomatik mühitdə heç bir dəbəriş müşahidə olunmur və duyum yaranır ki, “Cenevrə az şey verir”. Qeyd etməyinə dəyər ki, Emmanuel Makron müsahibədə “diplomatik və siyasi yol xəritəsinin gərəkdiyini” vurğulasa da, BMT və Təhlükəsizlik Şurasının  2015-ci ildə qəbul etdiyi və münaqişənin tənzimlənməsi üçün zəruri təməl sayılan 2254 saylı qətnaməni bir dəfə də yada salmayıb.

Ahəng dəyişilib. Fransız diplomatiyası artıq bir aydır inad edir ki, “prioritet terrorçuluqla mübarizə və İŞİD-in ləğvi, həmçinin xaosun dəfi və Suriyanın “baş tutmamış dövlət”ə transformasiyasıdır”. Bu yeni əda Moskvada bu çalarda eşidilib ki, Fransa tam şəkildə İŞİD sonrası oyuna dönmək istəyir. Parisdə hesab edirlər ki, şərait “praqmatizmə isnad etməklə böhrandan orijinal çıxış yolu” aramağa şərait və bununla da Suriya məsələsi üzrə paradiqmanın dəyişilməyinə zəmin yaradır.

Nisbi sakitlik

Astanada Rusiya, İran və Türkiyənin himayəsi ilə başlanmış sülh danışıqları iyulun 4-də, BMT-nmin himayə etdiyi Cenevrə prosesi isə bir həftə sonra başlanmalıdır. Parisdə xatırladırlar ki, “Prioritet terrorçuluqla mübarizədir, lakin münaqişəyə yalnız əraqzi bütövlüyünün saxlanması və ölkənin vahidliyi ilə inklüziv siyasi proses son qoya bilər və Rusiyadan daha dəqiq iştirak tələb olunur”.

Moskvanın məhz bu cür hərəkət etməyə ciddi səbəbləri var. Bir ay əvvəl Astanada dörd təhlükəsizlik zonasının (xüsusən də İdlib ətrafında) yaradılması üzrə sazişin bağlanması hərbi əməliyyatlarda nisbi sakitliyə səbəb olub. Vladimir Putin 2015-ci ilin sentyabrında hərbi müdaxilə ilə Suriya rejimini xilas edib, lakin hərbi qələbələri belə də siyasi uğura çevirə bilməyib. Rusiya KİV-lərinin təbliğatına baxmayaraq, getdikcə ictimaiyyətin daha böyük hissəsi “yeni Əfqanıstan” xüsusunda narahat olur ki, bu da 2018-ci il prezident seçkiləri perspektivində heç yerinə düşmür. Bütün bunların üzərinə Amerikanın Suriyadakı qəfil siyasəti əlavə olunur. Beləliklə, beynəlxalq səhnədə çox şey gözlənilən Fransa prezidentinin qarşısında fəaliyyətm üçün gerçək imkanlar açılır.

“Sərt və birbaşa adam”

Keçmiş xarici işlər naziri Yuber Vedrin qeyd edir: “Düşünürəm ki,  Rusiyada Makrona sərt və birbaşa rəqib kimi hörmət edirlər”.

Fransa prezidenti Versal görüşü zamanı rusiyalı həmkarı ilə söhbətdə qətiyyət sərgiləyərək Suriyada kimyəvi silah işlədənlərə qarşı Fransanın (hətta təkbaşına) aviazərbə endirməyə hazır olduğunu vurğulayıb. Bu xüsusən də sərt mövqeyin aşkar rəmzi idi ki, yalnız rejimin zarin qazlı bombalar atmağı bacaran təyyarələri var – aprelin 4-də Xan-Şeyxundakı hücum zamanı olduğu kimi (88 ölü). Dövlət başçısı müsahibədə bu arqumentə qayıdıb: “Əgər qırımzı xətlər müəyyən edir, lakin buna sayğıya nail ola bilmirsinizsə, onda şəxsi zəifliyinizi boynunuza alırsınız. Ölkədə kimyəvi silahın işlədildiyi aydınlaşsa və biz onun mənşəyini izləyə bilsək, onda Fransa aşkarlanmış kimyəvi silahlar anabarlarının məhvi üçün zərbə endirəcək”.

O, Obama administrasiyasının geri çəkildiyi, “Fransanı zəiflədən” və Vladimir Putinin başqa bölgələrdə, xüsusən Ukraynada əl-qolunu açan 2013-cü ili misal çəkib. Bu cür sözlər isə öhdəlik nəzərdə tutur… (strateq.az)

 pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar