Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Formula 1 – Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir



Bu gün Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir


Trend-in məlumatına görə, Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında iyunun 23-də pilotların birinci və ikinci sərbəst yürüşləri olub. Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Ötən il Bakı mərhələsinin qalibi Niko Rosberq ("Mercedes") olub. 2016-cı ildə Bakı Şəhər Halqasında ən yüksək sürətə (378 km/saat) finlandiyalı pilot V.Bottas imza atmışdı.

Ümumilikdə yarışda liderlik "Ferrari" təmsilçisi Sebastian Fettelə məxsusdur. Onun hesabında 141 xal var. Liderdən 12 xal geri qalan Lyuis Hamilton ikinci, 93 xal toplayan Valtteri Bottas isə üçüncüdür.

Konstruktorlar Kubokunda "Mercedes" 222 xalla birinci, "Ferrari" 214 xalla ikinci, 112 xallı "Red Bull" isə üçüncüdür.

İndiki qaydalara əsasən bolidlərin eni 20 sm artırılıb. Bu il 11 deyil, 10 komanda çempionluq uğrunda mübarizə aparır. Belə ki, "Manor Racing" Formula 1 yarışmasını tərk edib.

Bakıda Qran-Pri ilə yanaşı, Formula 2 yarışı da təşkil olunacaq. Formula 2-nin ilk yarışı iyunun 24-də, qrid düzülüşü ilə baş tutacaq ikinci yarış isə sabah keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar