Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Formula 1 biletlərini artıq 24 ölkədən alıblar


"Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 24 ölkədən yarışlara biletlər alınıb"


PİA.AZ xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 1-dən 2017-ci il yanvarın 31-nə qədər bilet satışında endirim kampaniyasıdır:

"İndiki mərhələdə yarışlara 24 ölkədən bilet alınıb. Rusiyadan, Avropa ölkələrindən biletləri daha çox alırlar. Ərəb ölkələrindən də yarışlara maraq çox böyükdür. Hesab edirik ki, konsert proqramını elan edəndən sonra biletlər daha çox alınacaq".

Şöbə rəhbəri qeyd edib ki, ötən illə müqayisədə bu il dünya ölkələrindən yarışa maraq daha böyükdür:

"Çünki yarış keçən il Bakıda ilk dəfə keçirilirdi. Hazırda bilet satışı ötən ildəkindən daha çoxdur. Bu da bizi çox sevindirir".

N.Arpadarai vurğulayıb ki, bu dəfə də maraqlı konsert proqramı təşkil olunacaq, dünya ulduzları ölkəmizə dəvət olunacaqlar.

N.Arpadarai Formula-1 yarışının keçirilməsi ilə bağlı bütün işlərin plana uyğun aparıldığını bildirib:

"Tikinti işlərinə mart ayından sonra başlanılacaq və mərhələli şəkildə həyata keçiriləcək. Könüllülərin cəlb olunması, təbliğat ilə bağlı işlər də plana uyğun olaraq davam etdirilir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar