Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi Bakıya gələcək

"Red Bull Racing" komandasının pilotu Daniel Rikkiardo 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərə gələcək


Noyabrın 29-30-da ölkəmizdə olacaq avstraliyalı Formula-1 pilotu paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula-1 azarkeşlərinin sevimlisi Daniel Rikkiardo paytaxtda olarkən Bakı şəhər halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq. Həmçinin D.Rikkardo səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcək mətbuat konfransında da iştirak edəcək.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Daniel Rikkardonun Bakıya səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirib: "Biz böyük məmnuniyyətlə avtoidman həvəskarlarının diqqətinə çatdırırıq ki, 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisində möhtəşəm qələbə qazanmış Daniel Rikkiardo yenidən gözəl paytaxtımızda olacaq. Onun Bakıya səfəri ölkəmizin qonaqpərvərliyini və zəngin tarixi mədəniyyətini bütün dünyaya tanıtmaq baxımından əvəzolunmaz fürsətdir. Bakıda bu il baş tutan Qran-Pri yarışı bütün avtoidman ictimaiyyəti tərəfindən 2017-ci il Formula-1 dünya çempionatının sürpriz və həyəcanla dolu ən baxımlı yarışı kimi qəbul olunub. D.Rikkardonun Bakıya səfəri gələn il apreldə keçiriləcək növbəti Azərbaycan Qran-Prisinə böyük diqqət və maraq oyadacaq. BŞH-nin bütün kollektivi gözəl paytaxtımızı bir daha bütün dünyaya ən gözəl şəkildə təqdim etmək üçün səbrsizlənir. Yarışa biletlər artıq satışdadır və fürsətdən istifadə edərək bütün sürət həvəskarlarını Bakıda keçiriləcək növbəti möhtəşəm yarışa bilet almağa dəvət edirəm".(goal.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar