Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Firon kimi dəfn edilən Rza şah Pəhləvinin cəsədi İrana necə gətirilib?

İkinci Dünya müharibəsi zamanı, 1941-ci ildə müttəfiqlərin İranı işğal etməsi nəticəsində Rza şah taxt-tacdan imtina etməli oldu


Repressiyaya məruz qalmış Rza şahın baş naziri Məhəmməd Əli Firuğinin siyasi səhnəyə çıxması ilə vəliəhdin səltənət sahibi olması sürətləndirildi.

Hicri-şəmsi tarixin 1320-ci ilin şəhrivər ayının 25-də Milli Məclisdə vəliəhd-şahzadə Məhəmməd Rzanın Pəhləvi sülaləsinin ikinci hökmdarı kimi andiçmə mərasimi keçirildi. Bu zaman Rza şah ingilis qoşunlarının müşayiəti ilə Bəndər-Abbasa göndərilmişdi.

Onun sıradan bir kazak hərbçisindən hökmdarlığa qədər yüksəlişi ziddiyyətli bir dövrə təsadüf edir: İranda qarışıqlıq, Birinci Dünya müharibəsi, Osmanlı imperiyasının süqutu, Rusiyada oktyabr inqilabı, Britaniyanın öz müstəmləkələrini, ilk növbədə. Hindistanı sərəncamında saxlamaq cəhdləri və Vasiquddövlə ilə 1919-cu ilin müqaviləsi… Bu sazişin felən İranın müstəqilliyinin üzəridən xətt çəkdi. Parlamentdəki müxalifət və vətənpərvərlərin etirazları da fayda vermədi.

Şəmsi 1299-ci ildə isfənd ayının 3-də Rza xan Tehrana qoşun yeritdi və Brotaniya ordusunun, o cvümlədən general Arin Saydın dəstəyi ilə dövlət çevrilişini həyata keçirtdi. Həmin tarixdən 1304-cü ilin azər ayına qədər İranda Qacarların konstitusiyaklı monarxiyasından yeni sülalənin – Pəhləvilərin bərqərar edilməsi baş verdi.

Rza şahın sürgün olunmasından sonrakı hadisələrin silsiləsi uzundur. O, əvvəlcə gəmi ilə Mumbaya (Hindistan) göndərilir, sonra bərə ilə Britaniya müstəmləkəsi Mavrikiyə göndərilir. Sənədlərdən aydınlaşır ki, həmin dövrdə adalardakı iqlim şərtləri heç də münasib olmayıb. Rza şah və onunla birlikdə olan ailə üzvləri bir sıra çətinliklərlə üzləşiblər. Buna görə də Kanadaya göndərmələrini rica ediblər, lakin bu müraciət ingilis rəsmilərində rəğbətlə qarşılanmayıb.

Rza şahın səhhəti pisləşib, adalardakı tibbi müəssislərində onun müalicəsini həyata keçirmək mümkün olmayıb. Nəhayət, İran hökumətinin səyləri nəticəsində Britaniya hökuməti onun digər bir müstəmləkə ərazisinə – Cənubi Afrikada köçürülməsi razılığı verir.

Seçim iki şəhər üzərində cəmləşir: Durban və Yohannesburq. Xanədan üzvləri Yohannesburq ətrafındakı məkana köçürlər.

İranla əlaqəsini tamamilə itirmiş Rza şahın səhhəti isə gündən-günə pisləşir və o, ürək tutması keçirir. Şəmsi 1323-cü il mordad ayının 4-də, sürgündən demək olar ki, 3 il sonra mətbuatda Rza şahın vəfatı barədə xəbər dərc olunur. Sabiq hökmdarın cəsədinin aqibəti ilə bağlı əsas qaynaq doktor Qasim Qəninin xatirələridir. Belə məlum olur ki, Rza şahın cəsədinin aqibəti ilə əlaqədar yekun qərara hakimiyyət rəsmiləri 90 gün sonra gəliblər.

Bəzilərinin rəyincə, mərhumun meyitini təcili Tehrtana gətirilməli və Rza şahın tikdirdiyi obyektlərin birində, o cümlədən Kərəcdə, Hind okeanına suya buraxılışı həyata keçirilməli olan gəmi tərsanəsində müəssisədə dəfn edilməli idi. Digərləri İran memarlığına məxsus gözəl bir sarayda, başqa bir qisim isə dini-məzhəbi məkanlarından birində, məsələn. Məşhəddə dəfn edilməsini tövsiyə edir.

Amma mərkəzi hökumət və Pəhləvi xanədanının o dövrdə cəsədi münasib bir şəkildə İrana gətirmək qüdrəti yox idi. Buna görə də meyit Yohannesburqdan Qahirəyə göndərilir. Bunun səbəblərindən biri də Məhəmməd Rza şahın xanımı Fevziyyə vasitəsilə Pəhləvilərin Misir kralı Faruqla qohumluğudur. Mumiyalanmış cəsəd Rifai məscidində torpağa tapşırılır və məzar aradan keçən 39 ildə əmanət qəbir hesab edilir.

Rza şahın əl-Rifaidəki dəfn mərasimi ilə bağlı tarixi faktlardan biri rəsmi mərasimə Rza şahın qılıncının göndərilməsidir. Əslində, bu qılınc onu apardığı bütün müharibələrdə istifadə etmiş Nadir şaha məxsusdur. Mərhumun tabutuna qoyulan həmin silah sonradan İran və Misir arasında ixtilafa səbəb olub, çünki Rza şahının dəfnindən sora kral Faruq onu geri qaytarmaqdan imtina edib.

Ta şəmsi 1329-cu il, baş nazir Mənsurül-mülkün dönəminə qədər cənazə Qahirədə qalır. Buna qədər İranda yerləşmiş ingilis və amerikan əsgərləri ölkədən çıxır, Azərbaycan vilayətində iğtişaşlar sona çatması və sovet qoşunlarının İranı tərk etməsi ilə daxili sabitlik bərqərar edilir və sabiq hökmdarın nəşinin gətirilməsi üçün şərait məqbul olduğundan Pəhləvi xanədanının səyləri başlayır.

Əvvəlcə meyitin qalıqları Məkkəyə aparılır. Orada təvaf etdirilir, sonra Mədinəyə, Peyğəmbər məscidinin ziyarətinə aparılır, daha sonra isə qatarla İrana gətirilir. Üstü İran bayrağı ilə örtülü tabut Tehrana gətirilir və Reydəki Şah Əbdüləzim ziyarətgahında məxsusi sərdabədə dəfn olunur.

Şəmsi 1357-ci ildə İslam inqilabının qələbəsindən sonra Şeyx sadiq Xalxali sərdabənin dağıdılması əmrini verir və öz sözlərinə görə, Rza şahın cəsədini yandırır.

Əslində, Rza şahın məqbərəsinin dağıdılmasından sonra onun qalıqları tapılmayıb və ehtimala görə, orada şahla bərabər, aviaqəza nəticəsində həlak olan qardaşı Əlirza Pəhləvi də dəfn olunub. İrandan qaçmış Məhəmməd Rza şah isə vəfatından sonra əl-Rifaidə torpağa tapşırılıb və məzarı əmanət sayılır.

Şübhəsiz, Şah Əbdüləzim ziyarətgahının Tutu bağında tapılmış mumiya tarixi dəyərə malikdir. Tapılan mumiyalanmış meyitin Rza şaha aid olduğunu Pəhləvi ailəsi də israrla təsdiqləyir. Həm Pəhləvi xanədanına inqilaba qədərki nifrətdən də daha əsər-əlamət yoxdur, həm də dini-siyasi baxımdan həssaslığı olmadığından onunla yalnız artefakt kimi rəftar edilməlidir. Bu sadəcə tarixdir və istər-istəməz Mədain xarabalıqlar ilə üzləşmiş Xaqani Şirvaninin beytini xatırladır:

İbrətlə bax, ey könlüm, bu aləmə, gəl, bir an,
Eyvani-Mədaini ayineyi-ibrət san.





Nemət Əhmədi

“Şərq” (İran)

Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar