Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya ilə ticarət dövriyyəsi 3,5 dəfə artıb


İqtisadiyyat naziri Şahin Mustafayev Finlandiyanın xarici ticarət və inkişaf naziri Anna-Mari Viroleyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

O, Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Finlandiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb:

Azərbaycan və Finlandiya arasında ticarət dövriyyəsi 2017-ci ildə 19,2 mln. dollar təşkil edib. Bu ilin yanvar-may aylarında Azərbaycan-Finlandiya ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıb. Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində 13 Finlandiya şirkəti qeydiyyatdan keçib”.

Görüşdə qarşılıqlı investisiya yatırılmasının və ticarətin həcminin artırılmasının önəmi qeyd edilib, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, sənaye parklarında Finlandiya şirkətlərinin iştirak imkanlarını, energetika, ekologiya, peşə təhsili sahəsində əməkdaşlıq potensialını diqqətə çatdırılıb.

Nəqliyyat dəhlizləri barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Finlandiya Azərbaycanın geniş nəqliyyat infrastrukturundan və tranzit potensialından, Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar