Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Findıq-fındıq işlər…

Mirzə Cəlinin “Fındıq məsələsi” felyetonunda maraqlı bir məqam var


Deyir, küçədə iki uşaq dalaşır. Biri canlı olur, biri isə hörümçəkdən can istəyən. Yekəpər uşaq arıq uşağı qaldırır başına, çırpır toz-torpağın içinə. Arıq uşaq pərtliyini ört-basdır etməkdən ötrü tozun içindən bir fındığı götürüb, deyir: “bıy, yerdən bir fındıq tapdım.” Guya arıq uşaq fındığa görə yıxılıbmış, daha doğrusu, yekəpər uşağın çiynindən ona görə yerə düşübmüş.
 
Gündəlik həyatımızda hər gün, hər an bu cür fındıq tapan insanları görürəm. Onlar hardan yıxılmalarının fərqində deyillər. Təki fındıq tapsınlar. Birdən soruşarsınız ki, bu fındıq tapmaq necə olur, bəlkə elə biz də gündə bir fındıq tapırıq, xəbərimiz yoxdu.
 
Açığını deyim ki, o uşağın “fındığı” aydın görünsə də, bəzən indi tapılan fındıqlar ilk andaca gözə dəymir, bir neçə gün keçəndən sonra məlum olur ki, fındıq tapılıb, ancaq tapanın xəbəri yox. İşdi, belə bir iş başınıza gəlsə, bilin ki, fındıq hardadır, necə tapdınız və hardan yıxıldınız? Məsələn, sovet vaxtı adamların əmanət banklarına qoyulan on min  manatın əvəzinə min manat ödənilməsi - deyək ki, bir ton qozun yerinə bir dənə fındıq -  həmin dediyim məsələnin dəqiq görüntüsüdür. Adamlar indi bankdan aldığı fındıq  boyda pula o qədər sevindi  ki, az qala bunun yanında uşağın toz-torpağın içində tapdığı fındıq lap düzə tullamalı imiş.
 
Bütün işlərdə fındıq var. Məsələn, vəzifəli adam işdən çıxaranda onun kompensasiyası kimi ya oğlunu, ya da bir qohumunun birini fındıq boyda vəzifəyə qoyurlar ki, qoz boyda kişi ding-dingləməsin. Yəni desin ki, nə olsun işdən çıxdım, əvəzinə fındıq boyda bir iş tapdım.
 
Şuşa düşmənlərə verilən kimi inandım ki, həmin günün səhəri biz hirslənib bütün Qarabağı azad edəcəyik. Mən bu təmənnada ikən kimsə, nə vaxtsa BMT-nin iclasında dedi ki, Azərbaycanda günah yoxdur. Bax, o saat biz Şuşanı itirib, fındıq boyda sözə sığındıq.
 
Başqa bir fındıq… Ermənistandan, dədə-baba torpaqlarımızdan çıxarılan soydaşlarımız  villalarının yerinə gəlib Gəncədə, Sumqayıtda erməni daxmasına yığılanda az qala fındıq boyda sevinsinlər.
 
Mən çox yerdən yıxılıram. Deyək ki, Avropadan, Asiyadan yıxılıram, Afrikadan təpəsi üstə gəlirəm yerə. Gəlirəm və Bakıdan balaca bir fındıq tapıram… Tay-tuşlarım Avropanın şeir salonlarında bar-bar bağırır, poeziya festivallarında iştirak edir, bizsə Bakıda vəzifəli bir adamdan hələ də təbəssüm gözləməkdəyik, hələ də vacib işlərimizi kənara qoyub, Fədaya Laçının həbs olunmasının gizli detalları üzərində baş sındırmaqdayıq. Birdən fındıq tapıb sevinirik.
 
Camaat Nobel alır, biz hələ də ölkəmizdə verilən ədəbi mükafatlardan fındıq gözləyirik. Mirzə Ələkbər Sabir demişkən: “Əcnəbilər seyrə balonlar çıxır, biz hələ avtomobil minməyiriz.” Camaat işləyir, qaz vurub, qazan doldurur, biz xəstəlik kağızı düzəldirik, illah da kağızın qiymətini bir az aşağı endirəndə və qrupu yuxarı qaldıranda sevinirik. Amma fərqində deyilik, hardan yıxılırıq, təki fındıq tapdığımıza əmin olaq. Xalq xaricə gedib istirahət edib gəlir, mən həkimlərin yazdığı dərmanı tapanda evimdə toy-bayram olur.
 
Qaçqınlara əvvəl vaqon verdilər - bu, bir fındıq; sonra çadır verdilər - iki fındıq; sonra  ev tikdilər - bu da üç fındıq…
 
Ermənilər isə hələ də bizimlə qoz-qoz oynayır...
 
Qəşəm Nəcəfzadə(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar