Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Filmimiz ilk dəfə bu beynəlxalq festivalda

Fransada “Qaranlıqdan reportaj” (“Reporting from Darkness”) tammetrajlı bədii filmi bu il Marsel Beynəlxalq Film Festivalında (Festival International de Cinéma Marseille - FID Marseille) Azərbaycanı təmsil edəcək


Kulis.azın verdiyi xəbərə görə, filmin rejissoru Elvin Adıgözəldir. Festival bu ilin 10-16 iyul tarixləri arası 29-cu dəfə keçiriləcək.

Qeyd edək ki, filmin prodüserləri İntiqam Hacılı və Teymur Hacıyevdir. Filmin ko-prodüseri (co-producer) fransız Etienne de Ricauddır. Filmdə Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Cahangir Məlikov, İlqar Dadaşov, Tərlan Rəsulov, Ayşad Məmmədov, Ziyadxan Əliyev, İntiqam Hacılı çəkiliblər.

 

Filmin prodüseri İntiqam Hacılının verdiyi məlumata görə, film Biləsuvar rayonunda və Bakı şəhərində çəkilib. Film FİD Marselin əsas yarışma bölməsində Almaniya, Cənubi Koreya, Çili, Fransa, Braziliya, İspaniya, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Belarus kimi ölkələrdən olan rejissorların filmləri ilə birgə yarışacaq. Festival həm də öz spesifik xüsusiyyətinə görə seçilir.

“Qaranlıqdan reportaj” Azərbaycan kino tarixində ilk filmdir ki, bu festivalda iştirak edir. İntiqam Hacılı bu uğuru Azərbaycanda müstəqil kinonun (independent cinema) uğuru kimi dəyərləndirir.

pia,az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar