Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Qocanın oğlunun ölümünə görə tutulan iki şəxsə bəraət istənildi


Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıblar


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəhmədov Elnur Balamirzə oğlunun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə təqsirləndirilən Pərviz Hüseynovun vəkili müdafiə çıxışı edib. Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülümüş ittihamlar əsassızdır. O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində ən aşağı həddə cəza çıxarılmasını, onun qətl hadisəsində əlinin olmadığını söyləyib.

Təqsirləndirilən Ruslan Məmmədovun vəkili də çıxışında müvəkkilinin qətl hadisəsinin iştirakçısı olmadığını söyləyib. Müdafiəçi R.Məmmədovun əməlində cinayət tərkibinin olmadığını deyib.

E.Nəhmədovun vəkili isə çıxış üçün vaxt istəyib. Məhkəmə noyabrın 27-də davam edəcək. Bildirək ki, prokuror Elnur Nəhmədovun 19 il, Ruslan Məmmədovun 4 il, Pərviz Hüseynovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Qeyd edək ki, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədovla birlikdə həbs edilən Pərviz Hüseynov və Ruslan Məmmədov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinirlər. Elnur Nəhmədov isə Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək, öldürülməsi müəyyən edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar