Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Məmmədov AŞPA sədri ilə görüşdü


Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör ilə görüşüb


Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Avropa Şurası ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan haqları, demokratiya və qanunun aliliyinə xidmət edən islahatlardan danışaraq bu prinsiplərin, həmçinin ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə əsas prioritet təşkil etdiyini və keçirilən tədbirləri qeyd edib.

Qonağa Avropa Şurasının iştirakı və dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun təkmilləşdirilməsi, hakimlərin Avropada ən şəffaf seçimi, habelə penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, yeni müasir cəzaçəkmə müəssisələrinin inşası üzrə və s. görülən tədbirlər barədə də məlumat verilib.

Ölkəmizə yenidən səfər etdiyindən məmnunluğunu bildirən qonaq AzərbaycanAvropa Şurası arasındakı konstruktiv əməkdaşlığı qeyd edib, məhkəmə-hüquq sistemindəki yenilikləri məmnuniyyətlə qarşılayıb, vətəndaş cəmiyyətinin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və qeydiyyat prosedurları ilə maraqlanıb. A.Brasör penitensiar müəssisələrə baş çəkmək üçün imkan yaradılmasına görə minnətdarlığını ifadə edib.

Görüşdə, həmçinin ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf edən 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının implementasiyasına, yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, maraq kəsb edən digər suallara aydınlıq gətirilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar