Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalıdan Aqil Abbasa cavab - “Onun səviyyəsi…”


Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fəzail Ağamalı və Aqil Abbas arasında mübahisə yaranıb


“Report”un xəbərinə görə, A.Abbas çıxışı zamanı deyib ki, Azərbaycan parlamentində ən çox tənqid olunan deputatdır: 

“Ən çox mən, Fazil MustafaHadı Rəcəbli tənqid olunur. İki-üç deputatıq, ortada qalmışıq, digərləri yaxalarını kənara çəkib. Deputat maaşlarının artırılması ilə bağlı verdiyim açıqlamaya görə məni təhqir edirlər. Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da. Maaşım çoxdur deyən deputatların maaşını azaldın da. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqi və böhtan var”.

Deputat Fəzail Ağamalı isə ona cavab olaraq deyib ki, Aqil Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir: “Onun səviyyəsi hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin. Hər dəfə söz alıb bizə burda dərs keçir, ağıl öyrədir. Ona xəbərdarlıq olunmalıdır. Aqil Abbas hərəkət və davranışlarına fikir versin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar