Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalı Əli Kərimlini duelə çağırdı


“Milli Şura deyilən qurum yoxdur


Orada bir Cəmil Həsənli və ona dəstək verən Əli Kərimli var. Faktiki olaraq Milli Şura AXCP-nin əlavə bir qurumuna çevrilib və onların biri digərinin dediyini təkrarlayır”.

PİA.AZ xəbər verir ki, bu fikirləri Azvision.az-a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Milli Şuranın sonuncu 21 nəfərlik toplantısında səsləndirilən fikirləri şərh edərkən deyib. 

F. Ağamalı qeyd edib ki, Milli Şura deyəndə Əli Kərimlinin baxışları, davranışları başa düşülür: “Milli Şuranın parlament seçkilərini boykot etməklə bağlı qərarları heç bir nəticə verməyəcək. Bunların hamısı konyukturadır və qarşıdan gələn seçikilərdə iştirakı pərdələmək, sığortalamaq üçün atılan addımlardır. Çünki, onlara məlumdur ki, seçkilərdə iştirak etsələr məğlub olacaqlar. 

Əli Kərimli özündə cəsarət, güc tapırsa, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən namizədliyini irəli sürsün və mənimlə mübarizə aparsın. Bu mübarizədə onun bir mənalı şəkildə məğlub olacağına əminəm. Çünki, Əli Kərimlinin bütün ölkədə olduğu kmi seçildiyim seçki dairəsində də hər hansı bir sosial dayağı yoxdur. Əli Kərimlinin gücü varsa, mənimlə mübarizə aparsın. İnanıram ki, o bu dairədə də məğlub olacaq. Onlar sadəcə məğlubiyyətlərini indidən sığortalıyırlar”. 

Partiya sədri qeyd edib ki, parlament seçkiləri öncəsi radikal müxalifətin passiv qalması zəifliyinin göstəricisidir: “Bu gün Azərbaycan müxalifəti dağınıq vəziyyətdədir. Onlar arasında ciddi problemlər var. Bir-birini qəbul etmək istəmirlər. Belə olanda isə müxalif düşərgəsində zəiflik özünü bütün mənalarda göstərir. Parlament seçkiləri dövründə müxalifətin radikal qanadı fəal iştirakı ilə yadda qalmayacaq. Çünki, illərlə həyata keçirmiş olduqları inkarçılıq mövqeyi sosial dayaqlarını heçə endirib. Radikal müxalifətin seçkiyə birgə getmə imkanları yoxdur. Konstruktiv müxalifət isə siyasi fəallıq nümayiş etirəcək.

Radikal müxalifətin birləşə bilməməsinin başlıca səbəbi aqressiv mövqe tutması, radikal şüarlar altında fəaliyyət göstərməsi, dövlətin əldə etmiş olduğu uğurlara qısqanclıqla yanaşması, hakimiyyətə gəlmək uğrunda mübarizəni dövləti sarsıtmaq uğrunda mübarizə ilə əvəz etməsi, xalqın maraqlarına uyğun olmayan addımların atılmasıdır. Bütün bunlar onların xalq içərisində olan sosial dayaqlarını zəiflədib və indi onlar Bakıda ofis partiyasına çevriliblər. İndi AXCP və Müsavatın funksionerlərini barmaqla saymaq olar. Səbəblər çoxdur. Radikal müxalifət bu əməllərindən nə qədər ki, əl çəkməyiblər onların Azərbaycan siyasi mühitində söz sahibi olması gözlənilmir”, - deyə F. Ağamalı qeyd edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar