Xəbər xətti

26 MAY

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı

20:13 İstanbulda xüsusi əməliyyat

20:06 Dünyada 25 milyon insan kölə kimi yaşayır

19:59 ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

19:53 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:50 Məşhur aparıcı-aktrisa keçmiş əri ilə tətilə yollanır

19:47 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

19:44 Makron: “ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi”

19:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

19:35 İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

19:30 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

19:18 Ermənistan prezidenti Gürcüstana getdi

19:05 Bakı çimərliklərində yoxlamalar başladı

19:00 Şamaxıda M.Ə.Sabirə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

18:53 Akif Çovdarov məhkəmədən bəraət istəyib – “MTN işi”

18:45 “Mançester Yunayted” hücumunu gücləndirir

18:33 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

18:26 Deputata “Xalq yazıçısı” adı verilib

18:21 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək

18:16 Binəqədidə avtomobil yollunun yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

18:05 “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

18:00 Bakı çimərliklərində yoxlamalar başladı

17:56 İstanbulda 51 terrorçu saxlanıldı

17:52 Maşın qaçıran keçmiş məhkum tutulub

17:47 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:44 Dolların 4 günlük məzənnəsi

17:41 “1000 bərəkət, halal nemət” məhsulları halal deyilmiş

17:35 Azərbaycan Xocalı aeroportunu vura bilərmi?

17:30 Məşhur model intihar etdi

17:26 “Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər”

17:22 Bakı-Sumqayıt yolunda tıxac azalacaq

17:19 “Çoxdandır bu cür təklif gözləyirdim”

17:15 “Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”

17:11 Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

17:03 Vahid Ələkbərov: “Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”

16:58 Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

16:55 İranlı parlamentar: “Tramp və Pompeo diplomatik qaydaları bilmir”

16:49 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

16:44 “Tramp-Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb”

16:38 Rəqsanə: “O, mənə atalıq etməyib”

16:33 NATO və Avropa Rusiyaya qarşı birləşdi

16:27 Rusiyada alkoqol məhsulları onlayn satılacaq

16:23 Facebook-da yalan məlumatların paylaşılması məsuliyyət yaradırmı?

16:18 Lavrov: “Bunu onların vicdanına buraxıram”

16:12 “Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib

16:07 “OPEC hasilatın azaldılması siyasətini dəyişdirə bilər”

16:00 İrana görə Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilər? – Müsahibə

15:57 “Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq”

15:53 “Məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir”

15:49 “Neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”

15:45 Jurnalist öz evində qətlə yetirildi

15:41 Dünyada 25 milyon insan kölə kimi yaşayır

15:38 “Tezliklə Qüdsdə böyük hadisələr olacaq”

15:32 “Ana-bacı söyüşü işlətdi, mən də ürəyindən vurdum”

15:27 Şoyqunun artan şöhrəti Putini qorxudur

15:23 28 may günü “ASAN xidmət” işləməyəcək

15:18 Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

15:15 Dünyada yeni ölümcül virus yayıldı

15:11 Kremldən Trampın qərarına reaksiya

15:07 ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu

15:03 Rasim Balayev: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

15:03 “Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

14:59 Dünya liderlərinin maraqlı idman hobbiləri

14:55 Oqtay Əsədov Gürcüstana gedir

14:51 Tereza Mey: “Rusiyaya qarşı təzyiqi davam etdirəcəyik”

14:47 Bu il 41 nəfər dəm qazından zəhərlənib

14:44 Əfv sərəncamının icrası başa çatıb

14:40 İmperatordan İlham Əliyevə təbrik

14:35 “Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir

14:30 Türkiyə AXC-nin 100 illiyi şərəfinə pul nişanı hazırladı

14:26 “İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”

14:22 Qarabağ qazisi telekanalları qınadı

14:17 Sabahın hava proqnozu

14:13 Ermənistanın yeni Baş Qərargah rəisi kimdir?

14:10 ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq

14:06 Kolumbiya prezidentini seçir

14:02 Əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

13:58 Türkiyənin müdafiə nazirinin müavini Gəncəyə gəlir

13:55 İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir

13:51 ABŞ dövlət katibi: “Tramp İranda rejimi dəyişmək niyyətində deyil”

13:47 Azərbaycanda yeni medal təsis olunur

13:44 Ronaldinyodan 2 qizla evlənəcəyi xəbərlərinə reaksiya

13:40 Dünyanın ən zəif orduları

13:36 İran və beş ölkənin diplomatları Vyanada görüşəcək

13:32 Lars Fon Trier: “Yeni filmlərə baxmıram”

13:27 Keçmiş əri Mənzurəni oğurluqda ittiham edir

13:09 Əsəd Cahangir postinsanı düzgün anlamayıb

13:05 Nərimanovda narkomaniyaya qarşı növbəti təlim keçirilib

12:57 Bahar Muradova: “Heç kimə belə sonluq arzulamazdım”

12:53 Qız üstündə dava salan şair

12:48 Sabiq nazirin VEMTAS “islahatı”: Müslümovun “islahatçı əli” olan Elnur Məcidovun işi araşdırılır

12:48 “Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

12:45 Ağır vəziyyətdə olan məhkumlar da azadlığa çıxır



MÜSAHİBƏ

...

Fəzail Ağamalı: “Vergilər naziri son illər çoxlu problem içindəydi”

Tarix 18.12.17, 9:46

Font ölçüsü : - / +
bitmap-img6


“Məmur vəzifədə olarkən vəzifədən gedəcəyi günü düşünməlidir”


Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə uzun fasilədən sonra həmsöhbət olduq. 

Müalicəsi ilə əlaqədar bir neçə ay ərzində mediada az-az görünən partiya sədrindən əvvəlcə sağlıq durumu barədə soruşduq. Bildirdi ki, artıq əməliyyatdan sonrakı dövrdə aldığı müalicə də uğurla başa çatıb. Sözarası hər kəsi artıq çəkidən xilas olmağa səslədi və özünü nümunə gətirdi.

Dediyinə görə, həkimlərin tövsiyəsinə əməl edib bəzi yeməklərdən imtina edəndən sonra 98 kiloqramdan 86 kiloqrama düşüb. “Köklük dəhşətdir, insan orqanizmini daha çox yükləyir və bu da ən müxtəlif problemlərə yol açır, xəstəliklər əmələ gətirir” deyə əlavə etdi. Biz də deputata “keçmiş olsun” söyləyib aktual mövzulara keçid elədik.

- Fəzail bəy, Milli Məclisdəki sonuncu müzakirələrdə bir sıra həmkarlarınız deputatın mandatdan məhrum edilməsini nəzərdə tutan qanundan narahatlıqlarını ifadə etdilər. Amma adətən, nədənsə siz çıxışa yazılmadınız. Bunun səbəbi nə idi? Siz narahat deyilsiniz?

- Mən fikirlərimi komitənin yığıncağında söyləmişdim. Əslində bu dəyişiklik konstitusiyaya etdiyimiz dəyişikliyin mahiyyətinə tamamilə uyğun idi. Təbii olaraq, konstitusiyaya edilən dəyişikliklər digər qanunvericilik aktlarında da dəyişiklikləri zəruri edir. Deputatın mandatdan məhrum edilməsində bir boşluq var idi və bu boşluğu aradan qaldırmaq üçün addım atıldı. Əslində bunun ətrafında geniş müzakirələr elə komitənin özündə oldu. Biz bu məsələnin MSK tərəfindən həllinin tərəfdarı kimi çıxış etmədik. Biz Milli Məclisə aid olan məsələnin Milli Məclisin səlahiyyətindən başlayaraq, sonrakı müvafiq qurumlarda bunun yekunlaşması və mandatdan məhrum edilənin hüquqlarının müdafiəsinə qədər detalları önə çəkdik. Nəhayət, uzun müzakirələrdən sonra komitənin sədri Əli Hüseynlinin müvafiq qurumlarla işçi qaydasında apardığı müzakirədən sonra nəhayət, deputatlar tərəfindən söylənilən və Milli Məclisə də səlahiyyət verən məqamlar nəzərə alındı və bu qanun qəbul edildi. Burada həm Milli Məclisin, həm seçki prosesinə məsul olan MSK-nın və təbii olaraq məhkəmədə bu məsələnin müzakirəsi, məhkəmənin hökmündən sonra mandatdan məhrumedilmənin qüvvəyə minməsi və Ali Məhkəmənin qərarından sonra həmin şəxsin Konstitusiya Məhkəməsinə müraciət etməsinə qədər məqamlar nəzərə alındı. Kifayət qədər demokratik, belə bir tale ilə üzləşə biləcək deputatın hüquqlarının sonadək müdafiə olunması baxımından bitkin bir səviyyəyə çatdırıldı. Kimin nə deməsindən asılı olmayaraq, hər halda bu dəyişiklik olmalı idi və o, Konstitusiyaya edilən dəyişikliyin mahiyyətinə və məzmununa tamamilə uyğundur.

- Yəni daha deputatları hər hansı təhlükə gözləmir?

- Nə üçün gözləmir? Deputatlar orada göstərildiyi kimi, əgər ciddi etika qaydalarını kobud şəkildə pozarsa, başqasının əvəzinə səs verib saxtakarlıqla qəbul edilmiş qanunun nəticələrinə təsir göstərə biləcək addımlar atarsa, bu, artıq ciddi məsuliyyətdir və o halda Milli Məclisdə məsələ müzakirə olunaraq müvafiq qərar qəbul edilir.

- Keçmiş həmkarınız Hüseyn Abdullayevlə sizin aranızda baş verən hadisəni xatırladım. Hüseyn Abdullayev bir müddət əvvəl prezidentliyə iddiasını ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz?

- Hüseyn Abdullayev azərbaycan vətəndaşıdırsa, Konstitusiya ilə onun seçmək və seçilmək hüququ var. Azərbaycanın demokratik ölkədir və istənilən vətəndaş öz namizədliyini seçkili orqanlara təqdim edə, sonrakı proseslərdə iştirakçı ola bilər. Amma Hüseyn Abdullayevin arzu-istəyinin reallaşması sadəcə olaraq mümkün deyil. Bunun ən mühüm səbəblərindən biri ondan ibarətdir ki, Hüseyn Abdullayev Azərbaycan cəmiyyətində nüfuz sahibi deyil. Hətta o, imzatoplama mərasimində tələb olunan rəqəm səviyyəsində imza toplayıb onu MSK-ya təqdim etmək gücündə deyil. Bu baxımdan Hüseyn Abdullayevin prezident seçkilərində iştirak etmək arzusunun reallaşması sadəcə olaraq fantastikadır. Yəni bu, Hüseyn Abdullayevin imici, onun cəmiyyətdə nüfuzu baxımından həyat keçirilməsi mümkün olmayan məsələdir. Ola bilsin xırda digər amillər də ola bilər. Hətta bunların üzərində dayanmadan belə, demək istərdim ki, Hüseyn Abdullayev bu gün müxalifətdəki qüvvələrin onu dəstəkləyə biləcəyinə inanır. Ancaq ayrı-ayrı saytlarda, qəzetlərdə, elə sizin qəzetdə də gedən yazılarda müxalifətin ona çox mənfi münasibət bəslədiyi birmənalı şəkildə özünü ifadə edir. Hüseyn Abdullayevin prezident seçkilərində hətta imza toplayıb, təsdiq olunub, iştirak etmək şansı belə yoxdur. Bu cür şansı olarsa belə, onun prezident seçilmək ehtimalı sıfıra bərabərdir.

- Bəs, eks-spiker Rəsul Quliyevlə bağlı nə deyə bilərsiniz? Bu yaxınlarda kövrək notlarla dolu müsahibəsini, yəqin, oxudunuz. Azərbaycandan kənarda yaşadığı üçün seçkilərə qatılması real görünmür. Bəs, 70 yaşı tamam olan eks-spikerin Azərbaycana qayıdışı ilə bağlı humanist qərar verilə bilərmi?

- Bilmirəm. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil, ona görə də cavab verməkdə çətinlik çəkirəm. Rəsul Quliyev əgər xaricdə yaşamağı Azərbaycanda yaşamaqdan üstün tutubsa və o, 20 ildən artıqdır ABŞ-da ömür sürürsə, bu baxımdan onun yenidən Azərbaycana gələrək, prezident seçkilərində iştirak etmək imkanı yoxdur. Azərbaycan qanunları, Konstitusiyası  ilə bu şans ona verilmir. Çünki əgər Azərbaycan vətəndaşı 10 ildən yuxarı xaricdə yaşayarsa, onun prezident seçkilərində iştirak etmək hüququ yoxdur. Qaldı, onun Azərbaycana gəlib-gəlməməsi, əlbəttə, bu, Rəsul Quliyevdən və müvafiq rəsmi qurumların məsələyə münasibətindən asılıdır. Çünki onun haqqında cinayət işi də var və xitam verilməyib. Bütün bunların hamısı təbii ki, müvafiq qurumlar tərəfindən reallaşa bilər. Əgər Rəsul  Quliyev bunu istəyirsə, danışıqlar apara, müvafiq qurumlarla məsələ müzakirə oluna bilər. Ondan sonra məsələyə aydınlıq gəlməsi mümkündür.

- Rəsul Quliyevin hazırda da hakimiyyətdə dayaqlarının olması mümkündürmü?

- Münasibətdə olduğu adamlar ola bilər, lakin onun dayaqlarının olmasını istisna edirəm. Ola bilsin ki, 90-cı illərin axırına qədər, hətta cənab prezidentimiz İlham Əliyev prezident seçilənə qədər o dayaqlar olub. 2003-cü ildən, İlham Əliyev prezident seçildikdən sonra cənab prezidentin zaman kəsiyində özünü güclü bir lider, dövlət xadimi kimi özünü təsdiq etməsi Rəsul Quliyevi bu dayaqlardan məncə, tamamilə məhrum etdi.

- Deputat həmkarınız Zahid Oruc prezident seçkilərinin vaxtının dəyişdirilməsi təklifini verib. Siz bu təklifə necə yanaşırsınız?

- Mən millət vəkillərinin irəli sürdüyü təkliflərə münasibət bildirməyi məqsədəuyğun saymıram. Prezident seçkilərinin parlament seçkiləri ilə bərabər, yaxud müxtəlif vaxtlarda keçirilməsi məsələsi bir millət vəkilinin təklifi ilə həll olunmur. Bu məsələ ciddi şəkildə ölçülüb-biçilməlidir, təhlil olunmaqlıdır, analiz aparılmalıdır, ondan sonra bu haqda qəti fikir bildirmək olar. Bu təklif digər millət vəkillərinin təklifləri kimi səsləndirilib və bu da millət vəkilinin hüququdur.

- Fəzail bəy, sabiq vergilər naziri Fazil Məmmədov postundan uzaqlaşdırılandan sonra onunla bağlı davamlı məlumatlar yayılır, hətta adı sabiq MTN şefi ilə birgə hallandırılır. Siz bu barədə nə deyə bilərsiniz?

- Mən də bu məlumatları KİV-dən alıram. Bütün bunların nə dərəcədə həqiqət olub-olmaması mənə bəlli deyil. Ola bilsin ki, bu yazılarda kifayət qədər həqiqət var, ola bilsin qərəz. Lakin mən düşünürəm ki, istənilən yüksək səviyyəli dövlət məmuru vəzifədə olarkən vəzifədən gedəcəyi günü düşünməlidir. Həmin şəxs vəzifədən gedəndən sonra rahat yaşamağı vəzifədə olduğu dövrdə təmin etməlidir. Kim bunu edirsə, o doğrudan da öz həyatının sonrakı illərini çox sakit şəkildə, ailəsi, ətrafı ilə bərabər yaşayır, həyatını davam etdirir. Kim əgər vəzifəsindən istifadə edərək qanunsuzluqlara yol verirsə, milyonları, milyardları yığıb sağa-sola xərcləyirsə, gələcək “qara gün”ü üçün o qədər pulun ona verəcəyi xoşbəxtlik haqqında düşünürsə, məncə, bu cür insanların aqibəti, taleyi çox faciəli olur. Heç zaman bu pullar birincisi, ona qismət olmur, ikincisi də təbii olaraq bu cür insanlar sonralar dövlətin müvafiq qurumları tərəfindən əldə olunan informasiyalara görə araşdırılır və müvafiq tədbirlər görülür, bütün bunlara hüquqi qiymət verilir.

- Konkret halda vergilər naziri barədə nə demək olar?

- Sizə deyim ki, vergilər naziri son illərdə kifayət qədər problem içindəydi. Son illər, demək olar ki, əvvəlki illərdən fərqli olaraq, vergilər faktiki olaraq sahibkarlığın inkişafına mane olurdu, sahibkarlığın inkişafında bir buxova çevrilmişdi. Tez-tez, hədsiz dərəcədə qanuna edilmiş dəyişikliklər, əlavələr sahibkarları çaş-baş salmışdı. Bir deputat kimi demək istərdim ki, bizim ən çox əlavələr və dəyişikliklər etdiyimiz Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərdir. Məncə, Mikayıl Cabbarova vergilərlə bağlı o qədər də yaxşı olan miras qalmayıb, onun üzərinə çox ciddi, ağır bir yük düşüb. Mən əminəm ki, Mikayıl Cabbarov bunun öhdəsindən gələcək. Necə ki, Təhsil Nazirliyində ciddi islahatlara başladı və biz bu islahatların konkret nəticələrini 3 ilə, 4 ilə, maksimum 5 ilə görəcəyik. Elə ən azı təhsil sistemində direktorların, müəllimlərin təyinatında rüşvətxorluq götürüldü, şəffaflıq təmin olundu, müəllimlərin kateqoriyaları müəyyənləşdi, pislə yaxşı müəyyənləşdikdən sonra onların maaşındakı fərq ortalığa qoyuldu və s. İndi mən inanıram ki, Mikayıl Cabbarov yeni düşüncə sahibi kimi vergi sistemində də ciddi, hər kəsin, xüsusilə sahibkarların düşündüyü kosmetik deyil, fundamental dəyişikliklərə nail olacaq. Çünki cəmiyyətin də, sahibkarların da Mikayıl Cabbarovdsan gözləntiləri budur. 

- Hakimiyyətyönümlü partiyanın sədri olaraq 2018-ci il prezident seçkiləri ilə bağlı gözləntiləriniz maraqlıdır. AVP-nin namizədi dəqiqləşibmi?

- Mənə belə gəlir ki, növbəti prezident seçkiləri kifayət qədər siyasi fəallıq müstəvisində, demokratik şəraitdə keçəcək, 10 və ondan çox siyasətçi prezident kürsüsü uğrunda mübarizəyə qoşulmaq üçün öz istəyini ortaya qoyacaq, ən layiqli, güclü siyasətçi qalib gələcək. Mən qarşıdan gələn prezident seçkilərində favorit olaraq İlham Əliyevi görürəm. İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra həm ölkə daxilində, həm ölkə xaricində çox ciddi nüfuz qazanıb, 21-ci əsrin yüksək tələblərinə cavab verə biləcək dövlət xadimi kimi özünü təsdiq edib. Bunu Azərbaycanın dünya miqyasında tanıdılması və nüfuzunun artması xüsusi olaraq qeyd  etmək istərdim ki, İlham Əliyevin 2003-cü ildən keçən zaman kəsiyində həyata keçirdiyi siyasət həm Azərbaycanı yüksək inkişaf mərhələsinə çıxarıb, Azərbaycan regionun lider dövləti statusunu qazanıb və bu gün bu statusu daşımaqdadır, həm də onun beynəlxalq səviyyədə nüfuzu, hörməti xeyli dərəcədə artıb ki, bununla bağlı kifayət qədər faktları və arqumentləri gətirə bilərik. Digər namizədlər də təbii ki, prosesə qoşulacaq. Lakin mən bütün namizədlərin üzərində İlham Əliyevin qələbə qazanağına qətiyyən şübhə etmirəm. Çünki İlham Əliyevin Azərbaycan cəmiyyətində böyük nüfuzu var. Ana Vətən Partiyası öz ənənəsinə sadiq olaraq, güclülərin ən güclüsünün seçilməsinin tərəfdarı kimi bir daha qarşıdan gələn növbəti illər üçün İlham Əliyevi prezident kimi görür və təbii ki, öz imkanları daxilində ölkəmizin daha da güclənməsi üçün alternativi olmayan İlham Əliyevin seçkilərdə qalib gəlməsi üçün bütün imkanlarını və qüvvələrini səfərbərliyə alacaq və bu prosesdə fəal iştirak edəcək. (musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

İbrahimbəyovdan xəyanətkar davranış - Əli Həsənov çağırış etdi

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru