Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fətullah Gülənin vətəndaşlıqdan çıxarma həmləsi

AKP hökumətinin qərarı özünün əleyhinə deyilmi?


Sibel Hürtaş

“Al-Monitor” (ABŞ)

Türkiyə 15 İyul çevriliş cəhdində ittihamladığı Fəthullah Güləni türk vətəndaşlığından çıxarır. Ancaq bu hərəkət çox ciddi hüquqi nəticələr doğura bilər.

Gülənin vətəndaşlıqdan çıxarılması ilə bağlı müzakirə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 İyul çevriliş cəhdindən sonra, oktyabrda etdiyi bir çıxışla başlayıb: “"Onlar qaçacaq, biz qovacağıq” dedik. Qaçırlar qaçsınlar. İndi onlar qaçdıqları yerin vətəndaşlardır. Onlara artıq bu ölkənin vətəndaşları deyilməyəcək".

Ərdoğanın bu çıxışından bir neçə ay sonra qanun hökmündə fərmanla qanunvericiliyə dəyişiklik edilib və "dövlətin təhlükəsizliyinə qarşı cinayət törədən" və "Konstitusiyadakı quruluşa qarşı cinayətlər törədən", barələrində cinayət işi acılan şəxslərin xaricdə və əlyetməz olduqları halda Türkiyə vətəndaşlığından çıxarılmasının yolu açılıb.

Nazirlər Kabinetinin iyunun 4-də keçirilən yığıncağında bu vəziyyətdə olduğu təsbit edilən 130 adama “Resmi Gazete” vasitəsilə "yurda dön" çağırışı edilib. Fəthullah Gülən siyahının birinci pilləsində idi. Elanda siyahıya alınmış şəxslərin üç ay müddətində geri dönmədiyi halda vətəndaşlıqdan çıxarılacağı bildirilib.

Həmin dövr sentyabrın 5-də sona çatıb. Nazirlər Kabineti önümüzdəki bir neçə gündə siyahıdakı şəxslərin, xüsusilə də Gülənin vətəndaşlıqdan çıxarılmasına dair qərar verəcək.

Prezident Ərdoğanın "Artıq bu dövlətin vətəndaşı olaraq xatırlanmayacaqlar" sözünə baxılsa, siyasi iqtidar vətəndaşlıqdan çıxarma həmləsini milliyyətçi duyğulara əsasən mənəvi cəzalandırma üsulu kimi istifadə edir. Ancaq işin hüquqi aspektləri bu mənəvi cəzanı təqdir etmir.

Bəlkə də, ilk növbədə, Gülənin hüquqi vəziyyətini ortaya qoymaq lazımdır. Bu, Gülən haqqında çevriliş cəhdi ittihamı ilə açılan onlarla iddia və istənilən minlərlə həbs cəzasının tətbiqini çətinləşdirir. Sadə məntiqlə belə Fəthullah Gülənin ən azı 15 İyul çevriliş cəhdində həyatını itirən 249 vətəndaşın ölümündən təqsirli göstərilərək, 249 dəfə ömürlük həbslə məhkum olunduğu məlumdur.

Hazırda hökumət sözçüsü olan sabiq ədliyyə naziri Bəkir Bozdağ, Fəthullah Gülənin vətəndaşlıqdan çıxarılmasının sözügedən iddialara mənfi təsir göstərməyəcəyini söyləyir. “Al-Monitor”a açıqlama verən hüquqşünaslar da eyni fikirdədirlər. Onların rəyincə, Gülən vətəndaşlıqdan çıxarılsa belə, məhkəmə araşdırması davam edəcək, hətta haqqında hökm veriləcək. Problem bu hökmlərin necə icra ediləcəyi, yəni Gülənin bu cəzalara görə Türkiyəyə necə gətirilib həbsxanaya salınacağındadır.

“Al-Monitor”a danışan hüquqşünaslar universal hüquqa diqqət yetirirlər: heç kim vətənsiz qala bilməz. Buna görə də, Fəthullah Gülən vətəndaşlıqdan çıxarıldıqdan sonra asanlıqla başqa bir ölkənin vətəndaşlığını qəbul edilə bilər.

Türkiyədəki şərhlərə əsasən, Fəthullah Gülənə ABŞ-da vətəndaşlıq veriləcək. Amma Gülən artıq ABŞ vətəndaşıdırsa?

Hüquqşünaslar Türkiyə ilə ABŞ arasındakı ekstradisiya haqqında sazişə uyğun olaraq, Türkiyənin bu ölkədən Güləni tələb edə biləcəyini söyləyirlər. Lakin bu vəziyyətdə təşəbbüs tamamilə ABŞ-da olacaq.

Fəthullah Gülənin başqa bir çarəsi vətəndaşlığını “üçüncü ölkə”də tapmaqdır. O, ekstradisiya sazişinin olmadığı istənilən ölkəyə sığınarsa, nə olacaq? Avstraliya, Kanada, Meksika və Tailand bu ölkələrin yalnız bir hissəsidir.

Hüquqşünaslara görə, Türkiyənin işi çox çətindir. Bu vəziyyətdə Türkiyənin geri alma tələbi nəzərə alınmayacaq və Gülən ölkəyə gətirilərək həbsxanaya salınmayacaq.

Son bir ildə Gülən haqqında yüzlərlə cinayət işinin açıldığını, Ərdoğanın onun qaytarılması üçün ABŞ-la diplomatik müzakirə aparmasını nəzərə aldıqda, AKP hökumətinin niyə Fəthullah Gülənin həbsxanaya girməsini çətinləşdirəcək bir həmlə etdiyi sualı cavab istəyir.

Ana müxalifət partiyası CHP-yə görə, hökumətin əsas məqsədi Fəthullah Güləni Türkiyəyə gətirmək deyil. CHP-nin hüquqşünas millət vəkili Mahmud Tanal “Al-Monitor”a belə deyib: "Fəthullah Gülən Türkiyəyə gətirilsə, dərhal məhkəmə önünə çıxarılıb ifadəsi alınacaq. Əsas məqsəd Fəthullah Gülənin bəyanatını qəbul etmək deyil".

Niyə olmasın? Gülən camaatı ilə AKP-nin müəyyən dövrdə ortaq hərəkət etdiyinə diqqət çəkən Tanal "Əgər Gülən ifadə versə, bu ortaqlıqları bir-bir açıqlayacaq. AKP bunu istəmir, buna görə də, Güləni vətəndaşlıqdan çıxarır", – deyib.

Türkiyənin son siyasi tarixindəki bəzi təcrübələr AKP-nin bu düşüncəsini izah edir. Məsələn, PKK lideri Abdullah Öcalan xaricdə olduğu 1990-cı illərdə Türkiyə hökumətlərinin onu ölkəyə gətirmək üçün izinə düşmüşdü. Öcalan olduğu hər ölkədən istəndi və 1999-cu ildə Keniyada tutularaq Türkiyəyə gətirildi.

İllərdir Türkiyə hökumətləri Öcalanı vətəndaşlıqdan çıxarmır. Tanal: "Öcalanın vətəndaşlıqdan çıxarmaq elə də asan olmayacaq", – deyir.

Prezident Ərdoğanın Fəthullah Güləni Türkiyə vətəndaşlığından məhrum etməyə çalışması, milliyyətçi mənəvi cəza üsulu olaraq bundan istifadə etmək cəhdinə baxmayaraq, bu prosesin hüquqi nəticələri çox ağır olacaq. Vətəndaşlıqdan məhrumluğun nəticəsi Fəthullah Gülənin Türkiyəyə gətirilməsinin sonuna çıxaracaqsa, Ərdoğan bu məsuliyyəti niyə boynuna götürsün? Axı Ərdoğanın üzərinə götürəcəyi risk Gülənin ekstradisiyasından daha ağırdır…(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar