Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fətullah Gülən ABŞ-dan üçüncü ölkəyə qaça bilərmi?


"ABŞ Fətullah Gülənin üçüncü ölkəyə qaçmaması üçün zəruri tədbirlər görməlidir"


"Habertürk" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə 2013-cü il dekabrın 17-25-də baş verən hadisələrdən sonra Fətullah Gülənin ekstradisiyasını ABŞ-dan tələb edib: "Son dövlət çevrilişindən sonra isə Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün işləri sürətləndirəcəyik. Bizim istəyimiz çox açıqdır, bu şəxsi bizə verəcəklər. ABŞ Gülənin həbsi ilə bağlı bizə heç bir cavab verməyib. Onun üçüncü ölkəyə qaçmasının qarşısının alınması üçün zəruri addımları atmışıq. ABŞ-ın da zəruri tədbirləri görəcəyini gözləyirik".

M.Çavuşoğlu yaxın vaxtlarda ABŞ-a gözlənilən səfərinə də toxunub: "ABŞ dövlət katibi Con Kerri ilə görüşüm olacaq. Ümumiyyətlə, ABŞ-ın həm siyasi, həm də hüquqi dairələri ilə müzakirələr aparacaq, zəruri mesajlar verəcəyik. Təbii ki, ABŞ-a səfərin məqsədi Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsidir. Türkiyə ABŞ-la münasibətlərinin zərər görməsini istəmir. Ancaq ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya etməzsə, iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilər. Ona görə də ABŞ-dan terror təşkilatının liderini öz sərhədləri çərçivəsində saxlamamasını və əməkdaşlıq, qarşılıqlı anlaşma çərçivəsində Türkiyəyə verməsini istəyirik".(Report”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar