Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəridə Əzizovanın evindən 70 min oğurlanıb


Bakıda məşhur xanım idmançının evi qarət olunub


PİA.AZ Criminal.az-a istinadən xəbər verir ki, Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb. 

Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub. Nəhayət bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edildi. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
 
Oğurluq edən N.İsrafilov Fəridə Əzizovanın rəfiqəsinin sevgilisidir.  

Qeyd edək ki, F.Əzizova 2013-cü ildə Dünya Çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 2015 Avropa Oyunlarında qazanılmış yüкsəк nailiyyətlərə və Azərbaycan idmanının inкişafında böyüк xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu oldu. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar