Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədovun elmi işində nurçuluq izləri


Son aylar Azərbaycan hakimiyyətindəki nurçularla bağlı bir-birindən maraqlı xəbərlər yayılır. Bu xəbərlərin əksəriyyəti mediaya da ayaq açır


Bu xəbərlər yayıldıqdan az sonra Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutan Elnur Aslanov ölkə başçısının sərəncamı ilə ötən ayın 17-də işdən çıxarıldı. Amma onunla bu və ya digər şəkildə əlaqəsi olan xeyli kadrın hələ PA-da və dövlətin müxtəlif strukturlarında mühüm vəzifələrdə qaldıqları deyilir.

Belə kadrlardan biri də Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovdur. F.Məmmədovla bağlı da son ay yarımda mətbuatda xeyli xəbərlər yayılıb. "Yeni Müsavat" qəzetinin redaksiyasına SAM direktoru ilə bağlı növbəti maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, F.Məmmədov 2003-cü ildə BDU-nun tarix fakültəsinin magistratura pilləsini bitirib. Sitat: “İxtisası tarix olmasına baxmayaraq o, 2003-cü ilin dekabrında AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aspirantura pilləsinə daxil olub və 2009-cı ildə “Qloballaşmanın mənəvi-etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. F.Məmmədovun bioqrafiyasından məlum olur ki, o, təhsil, ictimai fəaliyyət və dövlət qulluğu ərzində 20 elmi və 130-a qədər publisistik məqalələr dərc edib”.

Məlumatda daha sonra deyilir: “Fərhad Məmmədovu Ali Attestasiya Komissiyası qanunsuz müdafiəyə buraxıb və ona alimlik diplomu verib. Belə ki, onun avtoreferatında göstərilən məqalələrin siyahısı AAK-ın tələblərinə cavab vermir. Bu qurumun tələblərinə görə, iddiaçının ən azı bir məqaləsi xaricdə dərc olunmalıdır. Fərhad Məmmədovun avtoreferatında göstərilən məqalələrinin siyahısında xaricdə dərc olunmaq adı ilə 2 məqaləsinin adı yer alıb. Bu məqalələrin hər ikisi İstanbulda "Gülən camaatı"nın (nurçular) ciddi nəzarəti altında olan “Dialoq Avrasiya” jurnalının 18 və 22-ci nömrələrində dərc olunub”.

Qeyd olunur ki, Ali Attestasiya Komissiyası bu struktura uyğun gəlməyən qurumların olmadığı ölkələrdə nüfuzlu ali məktəblərin nəşrlərini tanıyır.   

Mənbə bildirir ki, “Dialoq Avrasiya” jurnalı həm də elmi jurnal olmadığından AAK ümumiyyətlə bu jurnalı tanımır: “Maraqlıdır, deyilənlərə görə, ingiliscə gözəl bilən Fərhad Məmmədov nədən Avropada dərc olunan elmi jurnallara üz tutmayıb? Dissertasiyanın Azərbaycan dilində yazılmasına baxmayaraq avtoreferatda göstərilən 8 məqalənin 7-i rus dilindədir. “Dialoq Avrasiya” jurnalında dərc olunan  məqalələrlə yanaşı yerdə qalan məqalələrin 3-ü isə ciddi nəşrlərdə dərc olunmayıb”.

Qəzetimizə göndərilən materialda o da bildirilir ki, Fərhad Məmmədov müdafiə zamanı Müdafiə Şurasının üzvlərinin verdiyi sualların heç birinə dolğun cavab vermədiyindən onun cavabları istehza və gülüşlə qarşılanırmış: “AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun alimlərindən tutmuş laborantlarına qədər onun dissertasiyasının kimin tərəfindən yazılmasını bilirlər. Burada müəyyən həqiqətlər də var. Tarix fakültəsini bitirən birisi birdən-birə tarixin problemləri ilə deyil, fəlsəfə ilə məşğul olur və tezliklə alimlik dərəcəsi alır”.

Mənbə onu da bildirir ki, F.Məmmədovun dissertasiya işi olduqca zəif işdir və yaxın vaxtlarda dissertasiyada yer almış ciddi qusurlar haqda qəzetimizə əlavə bilgilər göndəriləcək.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar