Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əliyev haradadır?


Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Çexiyadakı biznesini idarə edir


Sabiq nazirə yaxın mənbədən verilən xəbərdə bildirilir ki, F.Əliyev hazırda Azərbaycandadır.

 Onun vaxtaşırı ölkə kənarına çıxdığı, əsasən də Çexiyada olan biznesinə nəzarət üçün Praqaya və Karlovı-Varıya getdiyi qeyd olunur.

Mənbənin sözlərinə görə, sabiq nazir Çexiyada əsasən yüngül sənaye biznesi ilə məşğuldur. Hələ nazir olduğu dövrdə bu biznes imkanlarını genişləndirən F.Əliyev həbsdən sonra da Çexiyadakı işini davam etdirir. 

Qaynağımız qeyd edir ki, F.Əliyev ilin çox vaxtı Bakıda olur. Hətta arabir ata evinə - Cəlilabada baş çəkir. Orada onun qardaşı yaşayır. 

Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anasının üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb. 

F.Əliyev 1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. 2001-ci ildə nazir təyin olunub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar