Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Abdullayev: “İndiyədək 363 qərar qəbul edilib”


“Bu gün Azərbaycan dövləti öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur”


Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, infrastruktur və sosialyönümlü layihələr uğurla həyata keçirilir, insan kapitalı inkişaf etdirilir, xalqımızın rifahı yüksəlir”.

AzVision.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycan dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir və regionun lider dövləti kimi beynəlxalq miqyasda söz sahibinə çevrilir: 

“Dünya birliyi Azərbaycanı sivil, tolerant, demokratik və açıq cəmiyyətə malik olan bir dövlət kimi tanıyır. Azərbaycan dövləti ümumbəşəri və multikultural dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq əzmini daim nümayiş etdirir. Bu gün sabitlikdən məhrum edilmiş dünyada əyani şahid olduğumuz bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın adları ilə bağlıdır”.

O, qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu fəaliyyət göstərdiyi illər ərzində ümumilikdə 363 qərar və 90 qərardad qəbul edib: “Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub. Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlarda konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb.

Qarşıdan gələn 2018-ci ildə Konstitusiya Məhkəməsi 20 illik yubileyini qeyd edəcək. Fəaliyyət göstərdiyi illər ərzində Konstitusiya Məhkəməsi Konstitusiyanın fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmağa nail olub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar