Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fergusondan Naxçıvanadək


"Maykl Braunun ölümüylə bağlı istintaqın davam etdiyi bir vaxtda məsələyə dəxli olan bütün tərəflərin ABŞ və başqa demokratiyalarda təməl hesab edilən prinsiplərə sadiq olması lazımdır"


"Buraya insanların toplaşıb özlərini ifadə etmək üçün dinc etirazlar, zorakılığa yol verilməməsi və jurnalistlərin hədə-qorxu və təcavüzə məruz qalmadan baş verənlər haqqında xəbər yayması daxildir.
 
Biz həm də ədalətli və güvənilə biləcək istintaq aparmağa çağırırıq. Ölkənin və dünyanın diqqətinin Fergusona dikildiyi bir vaxtda Birləşmiş Ştatların təməl hüquqlara və qanunun aliliyinə davamlı sədaqət nümayiş etdirməsi vacibdir.”
 
Bu ifadələr Freedom House təşkilatının prezidenti Deyvid Kramerə aiddir. O, bütün dünyanın diqqətlə izləməkdə olduğu Ferguson olaylarına belə qısa və yumşaq reaksiya verib. Halbuki ABŞ-ın bu kiçik şəhərində qaradərili insanlara qarşı törədilənlər heç də xırda məsələ deyil və üstəlik polis zorakılığıyla müşayiət edilən bu olaylar zamanı qanun keşikçiləri 11 jurnalisti də saxlayıb, onların peşə fəaliyyətini icra etməsini heç bir səbəb olmadan əngəlləyib. Bu jurnalistlərin bəzilərinə qarşı zorakılıq da tətbiq edilir. Etirazlar dağıdılarkən polis odlu silah və zirehli texnikadan da istifadə edib. Bu isə ona gətirib çıxarıb ki, daha bir nəfər öldürülüb, onlarla insan xəsarət alıb. Və Freedom House-un prezidenti bu qədər vahiməli olaylara bu qədər soyuqqanlı və sıradan bir reaksiyayla işini bitmiş hesab edir.
 
Bütün bunları yazarkən istər-istəməz düşünürsən ki, eyni hadisə Azərbaycanda, yaxud da Azərbaycan kimi demokratiya yoluna yeni qədəm qoymuş, öz siyasətini müstəqil şəkildə müəyyən edən ölkədə baş versəydi Freedom House və bənzər təşkilatlar necə reaksiya verərdi? Cavab üçün uzağa getməyə dəyməz. Çünki Azərbaycanda Fergusondakından qat-qat zəif, ümumiyyətlə diqqət belə cəlb etməyəcək olaylar baş verdiyi zaman freedom house-ların reaksiyalarını dəfələrlə görmüşük. Və hər dəfə də yayımladıqları bəyanatlarda ölkəmizi repressiv, avtoritar, diktatura kimi “epitetlər”lə damğalayıb bu Freedom House və onun kimi ABŞ rəsmi siyasətinin yedəyində gedən beynəlxalq insan haqları təşkilatları.
 
Əslində, onlar yenə də susardılar. Necə ki, dəfələrlə ABŞ-da baş verən bənzər olaylara susqunluq nümayiş etdiriblər. Amma indi artıq susma həddi bitdiyindən məcburən reaksiya verirlər və verdikləri reaksiyada... “tərəfləri” prinsiplərə sadiq olmağa çağırırlar. Özü də kimsənin günahının olub-olmadığı məsələsinə də qarışmırlar ki, bu, istintaqın işidir. Bunu da normal qarşılamaq olardı, amma yenə də başqa ölkələrə münasibətdə bənzər olaylara fərqli münasibət olmasaydı.
 
Örnək üçün, elə bu Freedom House-ın Naxçıvanda döyülmüş QHT fəalı İlqar Nəsibovla bağlı açıqlamasına baxaq: “Belə görünür ki, Azərbaycan hakimiyyəti insan haqları fəallarını və onun əməllərini tənqid edən hər kəsi saxta əsaslı həbs və ya döyməklə qorxutma yolu tutub. Belə hallardan biri də avqustun 21-də Nəsibovun başına gəlib. Əgər Prezident İlham Əliyev düşünürsə ki, onun hökuməti dünyanın diqqəti başqa qaynar nöqtələrdə olduğu zaman öz tənqidçilərini istədiyi kimi təqib edə bilər, çox yanılır. O və onun hökuməti nümayiş etdirdikləri dəhşətli və düşmən mühitə görə cavab verməlidir. Birləşmiş Ştatlar və Avropa Birliyi belə dəhşətli sui-qəsdlərə izn verən və icra edənlərə qarşı sanksiya imkanlarını nəzərdən keçirməlidir”.
 
Fergusonda bir qaradərili gəncin polis tərəfindən öldürülməsi, 11 jurnalistin saxlanılması, üstəlik dinc etiraz aksiyası keçirən insanlara qarşı odlu silah və ağır texnikadan istifadə olunmasına verilən reaksiyayla bir fəalın döyülmə olayına verilən reaksiyanın fərqi göz önündədir. Özü də burda diqqət çəkən bir neçə başqa məqam da var. Ferguson olayları avqustun 9-da Maykl Braun adlı gəncin polis tərəfindən öldürülməsilə başlayıb. Artıq ayın 11-də xalq küçələrə çıxıb, polis də onlara qarşı kütləvi zorakılığa başlayıb. Və Freedom House-un prezident Deyvid Kramer, Şəkililər demişkən, “ağzının içində”ki olaylara yalnız 11 gün sonra – avqustun 20-də reaksiya verib və bu da çox yumşaq bir reaksiyadır.
 
İlqar Nəsibov olayı isə avqustun 21-də axşam gec saatlarda baş verib. Hətta o qədər gec olub ki, avqustun 22-də dərc edilən qəzetlər bu haqda çatdırıb xəbər də verə bilməyiblər. Ancaq necə olubsa okeanın o tayındakı Deyvid Kramer bu olaydan dərhal xəbər tutub və elə avqustun 22-də yuxarıda təqdim etdiyimiz bəyanatla çıxış edib. Yəni bu adam olaya rəsmi münasibətin belə bildirilməsini gözləmədən Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətini ən sərt ifadələrlə “tənqid” edir və məsuliyyəti birbaşa onların üstünə yıxır. Halbuki çox deyil, cəmi bircə gün gözləsəydi Naxçıvan polisinin olayla bağlı rəsmi açıqlamasını da, olayı törədən şəxsin həbs edildiyini də və hələllik tam olmayan bilgilərə görə, hadisənin məişət zəminində baş verdiyini də öyrənmiş olacaqdı. Amma göründüyü kimi, buna gərək duymayıb, Azərbaycan ictimai rəyindən də qabaq olaya reaksiya verib və nəyə, kimə xidmət etdiklərini bir daha ortaya qoyub! Bəli, bunların mövqeyi, sifəti, yanaşması budur! Burunlarının ucunda baş verən, bütün dünyanın diqqətini cəlb edən kütləvi zorakılıq və qətllərə yalnız 11 gün sonra yumşaq reaksiya verirlər, özlərindən minlərlə kilometr uzaqdakı kiçik bir ölkədə baş verən adi məişət olayına isə dərhal və sərt! Özü də bu olayla bağlı heç bir araşdırma aparılmadığı halda birbaşa ölkə prezidentini ittiham etməklə! Nədir bunun adı? İnsan haqları beləmi qorunur? Yaxud da doğrudanmı Naxçıvanda bir QHT fəalının başına gələn olay Fergusondakı kütləvi insan haqları pozuntularından daha önəmlidir? Artıq bu sualların cavabını anlaşıqlı bir şəkildə vermə zamanı gəlmişdir, cənab Kramer!
 
Sözardı: Burada onu da qeyd etmək istərdim ki, İlqar Nəsibov olayına görə mən də təəssüf hissi keçirirəm və ümid etmək istərdim ki, günahkar(lar) mütləq şəkildə cəzasını alacaq.
Azər HƏSRƏT


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar