Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərəc Quliyevin aforizmləri


Mən, çəkinmədən Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyevi dövrümüzün müdriklərindən biri hesab edərdim


Bizim bir şeydən xəbərimiz yoxdur ki, o, artıq aforizm icad etməkdə Sərdar Cəlaloğlunu ötüb.

 Çünki onun “Sən Eynşteyni, iti-qurdu kənara qoy. Gəl mənə de ki, Sərdar bəy, sən nə danışırsan” tipli bekara aforizminə rast gələ bilməzsiniz. Fərəc bəyin deputat təyin olunduğu dairədə yaşayan seçicilər onun müdrikliyə qədəm basıb aforizmlər söyləməsindən xəbərsizdirlər.

Müdriklik elə bir keyfiyyətdir ki, bu, ilk öncə insanın fizionomiyasında özünü büruzə verir. Seçiciləri qınamaq da olmaz, çünki onlar artıq 5 ilə yaxındır ki, onun sifətini də görmürlər. Mən hər dəfə onun aforizmlərini oxuyub feyziyab olanda düşünürdüm: görəsən bu müdriklik onda nə vaxtdan yaranıb? Axı o, əvvəl belə deyildi? Sonda tapdım: bu, deputat təyin olunduqdan sonra baş verib. “Tarqovı”dan (Nobel mükafatı laureatı Lev Landau yaşasaydı, indi Fərəc bəylə qonşu idi) əli cibində gəlib Qaraçuxur və Yeni Günəşlidən deputat mandatını aparan adam gec-tez aforizmlər söyləməli idi. Belə də oldu. Mən təəccüblənirəm, görəsən nə yaxşı indiyə qədər Fərəc bəyin daimi oxucuları və partiyasının təəssübkeşləri onun danışıqlarındakı aforizmləri çeşidləyə bilməyiblər. Ölkədə fikir qıtlığının hökm sürdüyü bir vaxtda bunun olduqca vacib və savab bir iş olduğunu nəzərə alıb, məsuliyyəti üzərimə götürdüm. Dərinliklərə baş vurduqca gördüm ki, həqiqətən də bu adamın aforizmləri bir yerə toplanmalı və geniş oxucu kütləsi ilə yanaşı, sinifdənxaric oxu üçün məktəblərə də paylanmalıdır. Buyurun, oxuyub siz də feyziyab olun:

- “Televiziyalar bayağı verilişlər əvəzinə vətənpərvərliyə üstünlük verməlidir”
– “Aydın məsələdir ki, qələbəyə gedən yol həmrəylikdən, milli birlikdən keçir. Xalqımız bir dəfə sərhədləri dağıtmaqla, öz iradəsi, əzmi ilə hər iki imperiyaya bunu sübut etdi”.
– “Ümummilli məsələlərdə müxalifət və iqtidar mövqeyindən asılı olmayaraq, vahid mövqedən çıxış etmək vacibdir. Çünki, şərtlər bunu tələb edir”
– “Mən təəssüf hissi ilə qeyd etməliyəm ki, gənclər arasında milli-mənəvi dəyərlərə bağlılıq o qədər də yüksək səviyyədə deyil. Təbii ki, bunu bütün gənclərə şamil eləmirəm”.
– “Vaxtilə yəhudilərə qarşı terror aktı törədilməsi, sinaqoqların və məscidlərin partladılması üçün müəyyən cəhdlər var idi. Amma zamanında onun qarşısı alındı. Çünki illər keçdikcə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi daha oturuşmuş vəziyyətə gəlib çatır. Əlbəttə ki, burda yalnız dövlət orqanlarının deyil, həmçinin siravi vətəndaşların da sayıqlığı lazımdır”.
– “Bizdə çox fəal, vətənpərvər gənclik yetişib. Mən onlarla fəxr edirəm. Amma bəzi gənclər haqqında bunu söyləmək mümkün deyil. Əslində bunun günahı gənclərdə deyil. Televiziyalar bayağı verilişlər əvəzinə vətənpərvərlik verilişləri verməlidir. Hamımız bir yerdə vəziyyəti dəyişməyə çalışmalıyıq”.
– “Avropa Oyunları sıradan bir hadisə deyil və bu mötəbər idman tədbiri ölkənin müsbət imici baxımından çox əhəmiyyətlidir. Bura gələn xarici vətəndaşlar Azərbaycan haqqında gerçək məlumatları öyrənəcək”.
– “Ola bilsin ki, kimsə ölkəmiz haqqında məlumatlara mətbuat və ya internet üzərindən baxsın. Ancaq gəlib canlı görmək başqa məsələdir. İdmançılar, azarkeşlər, oyunları idarə edənlər və digərlərində müəyyən təəssüratlar yaranacaq və geri döndükləri zaman ətraflarındakı adamlara bu haqda danışacaqlar. Düşünürəm ki, tədbir yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu sınaqdan uğurla çıxacaq”.
– “AXCP sertifikat verən təşkilat deyil ki. Mən keçən dəfə iclasda da qeyd etdim ki, milli maraqları tapdaq altına atan, milli şura yaradan, xarici dövlətlərə dəstək olan, xarici dövlətlərin maraqlarını Azərbaycanda rellaşdırmağa çalışan təşkilatlarla bir masada oturmağa dəyməz və mən şəxsən oturmaq istəmirəm”.
– “Vətənin mənafeyinə görə hər kəs bir yerə yığılır. Əgər bu məsələləri masa arxasında müzakirə etməyəcəksənsə, harada müzakirə edəsən? Hesab edirəm ki, bu məsələdə özlərini kənarda saxlayanlar iki şeyə görə qıraqda qalıblar. Birincisi, ağaları bunlara icazə vermir, ikincisi, gücləri yoxdur və orada təkliflər irəli sürmək iqtidarında deyillər”.
– “Mən bu tarixi bilərəkdən seçmişəm. Təbii ki, həmin gün önəmlidir. Həm Çanaqqala zəfəri günüdür, həm də düşmənlərimizin sarsılan günüdür. Bu baxımdan məxsusi olaraq toyu 24 aprelə təyin etmişəm. Bu, bir toydur və siyasi tədbir olmayacaq. Normal şəkildə toy keçirəcəyik”.
– “Rublun dəyəri aşağı düşür. Belə getsə, yəqin elə belə də gedəcək, rubla qoyulan aktivlərimiz azalacaq. Hesab edirəm ki, Neft fondunun rubl siyasətinə redaktələr edilməlidir”.
– “Azərbaycanın kifayət qədər güclü hüquq-mühafizə orqanları var. Belə olan təqdirdə I Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gəlməsi nəzərdə tutulan ermənilərdən hər hansısa təxribat xarakterli addım gözləmək düzgün deyil”.
– “Artıq kifayət qədər vaxt keçibdir və ona görə də Xarici İşlər Nazirliyi öz mövqeyini ortaya qoydu. Əgər diplomatik yolların həyata keçməsi üçün təzyiq vasitələrindən istifadə ediləcəksə, buyurun edin. Yox olmayacaqsa, Azərbaycan tərəfi artıq hərbi yolla öz torpaqlarını işğaldan azad etməlidir”.
– “Bizdə ABŞ dövlət katibi Con Kerri və başqalarının erməni diasporu və Azərbaycanın düşməni olan dövlətlərin cibinin məhsuluna çevrildiyi, pulla ələ alındığı kimi təəssürat yaranır. Əgər bu, belədirsə, həmin şəxslər cəzalandırılmalı, dövlət siyasətidirsə, buna aydınlıq gətirilməlidir. Biz bütün hallarda bu məsələni ciddi şəkildə qınayırıq.”

Bunlar Fərəc bəyin aforizmlərinin kiçik bir hissəsini təşkil edir. Hesab edirəm ki, o, düz edib aldığı həkimlik ixtisası üzrə işləməyib. İndiki fəaliyyəti ona müdriklik kimi ali bir “peşəni” bəxş edib. Bütün bunlardan sonra adamın aforizm deməyi gəlir. Daha keçib, bir-ikisini də mən deyim:

“İslah olunan insan müdrikliyə daha çox can atır”.

“Heç bir yerdə işləmədən “Tarqovı”da ev almaq, əsl vətənpərvərlik əlamətidir”.

Etibar ƏLİYEV(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Paşinyan Araiki Azərbaycana verəcək - Şok iddia

Nobel paradoksları: Bizdə yazıçı oğlunun yazıçı olduğu kimi…

Müğənnilər Novruzda da bizi maarifləndirməkdə davam etdilər

Ən çox oxunanalar