Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3,5 milyonu ötüb

Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 171 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da  ötən ilin müvafiq dövrü  ilə müqayisədə 14 374 nəfər və ya 9,17% çoxdur.
 
Beləliklə, 1 noyabr 2017-ci il tarixə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü  ilə müqayisədə 207 777 nəfər və ya 6,23% artaraq 3 544 689 nəfərə çatıb.
 
Fərdi uçot sistemi 2006-cı ildən Azərbaycanda fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, sığortaolunanlar haqqında  məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Hər bir işləyən şəxs  sistemdə öz fərdi şəxsi hesabını açdırmaqla, həmin hesabda öz pensiya kapitalını toplamaq imkanı əldə edir. Bununla da o, gələcəkdə əmək pensiyası, digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırmış olur.
 
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığorta münasibətləri sahəsində  “Sığortaolunanın onlayn uçota alınması”,  “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətləri əhalinin istifadəsindədir.
 
Onlardan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənə, işəgötürən tərəfindən ona aid sığorta ödənişlərinin ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət edə bilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar