Xəbər xətti

20 SENTYABR

11:06 İçimdəki mübarizə...

11:01 Bu şirkətlər Azərbaycan bazarını tərk etdilər

10:57 Rüstəm Behrudi: “İslama inanmıram, türklərin dini kitabını yazıram”

10:54 ABŞ rəhbərliyini “bəşəriyyət üçün başlıca təhlükə” adlandırdılar

10:50 Ayaz Mütəllibovun mətbuat katibindən yeni tələb

10:46 Hacı Qalib Məkkədə niyə ölmədi, yaxud 27 qat hacının Erix Honekker hekayəsi

10:42 Neft bahalaşdı

10:40 Natiq Cəfərli: “Yol xəritəsi” də gəlib idarəetmə probleminə dirənir” – Müsahibə

10:38 Uşağa dərs oxutmağın effektli üsulları

10:34 Mikayıl Cabbarova yeni vəzifə veriləcək

10:30 Velosiped qəzalarında ölənlərin sayı açıqlandı

10:26 Meksikada ölənlərin sayı 226-ya çatıb

10:22 Qarabağ üçün BMT fürsəti

10:18 “Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək” layihəsi davam edir

10:15 Bu gün Paşazadələrin şərikinin məhkəməsidir

10:12 Qızıl 6 dollaradək bahalaşıb

10:08 Sənətçilərin beyni daha fərqlidir

10:04 SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb

10:00 Hər dəfə güləndə yuxuya gedir

9:57 Tərtərdə pambıq yığımı ilə bağlı müşavirə keçirilib

9:54 Ermənistanın 5 rayonluq “güzəşti” - İrəvanın məkrli planı

9:50 Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

9:46 Mehman Əliyev:“İstəyirlərsə, gedib təzədən türmədə oturum...”

9:41 Şəkidə 32 yaşlı kişi özünü körpüdən atıb

9:39 QMİ-nin bazasında Dini Nazirlik yarana bilər

9:37 Meksikada zəlzələdə ölən sayı 149 nəfəri keçib

9:33 Netanyahu İsrail-Azərbaycan münasibətlərini BMT-də nümunə gətirib

9:29 Bu gün Azərbaycanda Neftçilər günüdür

9:25 “Oğlumun bir dənə təqsiri var, o da Hacı Qalibin oğlu olmağı”

9:21 Atəşkəs rejimi 127 dəfə pozulub

9:17 Ölkədə yeni antikorrupsiya həbsləri gözlənilir - Kimlər hədəfdədir?

9:13 “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox ciddi səy göstərməliyik”

9:09 Biləsuvarda ağır qəza: 4 nəfər ölü, 1 yaralı

9:04 Mehman Əliyev müxalifətin vahid namizədi olacağı xəbərinə nöqtə qoydu

9:00 Azərbaycan prezidenti bu gün BMT-də çıxış edəcək

0:59 Kürd lider: “Müstəqillik istəyirik”

0:42 Sevda Ələkbərzadə: “O uşaqlar mənim də övladlarımdır”

0:36 Azərbaycanda müasir toxum istehsalı kompleksi tikilir

0:27 “Golden Boy” mükafatına 25 namizəd açıqlandı

0:14 “Google” Hindistanda öz ödəniş sistemini işə salır

0:03 Bu gün bürcünüz nələr vəd edir?

19 SENTYABR

23:58 Ermənistanda siyasi fəallar təhdid olunur

23:46 Rusiyada Dövlət Kitabxanası təxliyə edildi

23:34 İsveçrədə üzün bağlanmasına qadağa qoyuldu

23:29 Rövnəq Abdullayev: “Yeni saziş bu ildən qüvvəyə minəcək”

23:14 Şəkidə qadın özünü asdı

23:08 Ağdamda ikiotaqlı ev yanıb

22:58 197 şəxsin Azərbaycana gəlişinə qadağa qoyuldu

22:44 Bugünkü hərracda 44 əmlak özəlləşdirilib

22:39 Politoloq: “Ermənistan siyasi rəhbərliyinə çox ciddi təzyiq var”

22:28 Bakıda evlərin qiyməti dəyişəcək

22:13 Hüquqşünasdan “Gazelli”dəki yanğınla bağlı açıqlama

22:07 Məmmədyarov: “Fələstin xalqının yanındayıq”

21:56 Ərdoğan Makronla görüşdü

21:48 Göygöldə yol qəzası: 1 yaralı

21:34 BNA-dan sərnişinlərə xəbərdarlıq

21:28 Prezident və xanımı BMT-də ümumi müzakirələrin açılışında

21:17 “Dövlət proqramı Azərbaycan gəncliyi üçün yol xəritəsidir”

21:10 Salyanda yol qəzası: 4 ölü

20:53 Azərbaycan əhalisinin yalnız 29 faizinin bank hesabı var

20:46 İnterpol daha bir azərbaycanlını axtarır

20:38 Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi

20:27 Vahid Mustafayev: “...ANS yenidən fəaliyyətə başlayacaq”

20:15 Rafael Hüseynov: “Onlar bizi zəiflətmək istəyirlər”

20:02 Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19:57 Qasırğa aviaşirkətin fəaliyyətini iflic edib

19:53 Azərbaycanda bəzi şəxslər ödənişsiz təhsil ala bilərlər

19:49 Ermənistan işğal altındakı rayonları qaytarır?

19:40 Hakerlər iki milyon istifadəçinin məlumatını ələ keçiriblər

19:35 Sabirabadda ana doğuşdan sonra öldü

19:31 Biləsuvarda mikroavtobus aşıb: yaralananlar var

19:26 Azərbaycan XİN: “ÜAK-ın ləğvi barədə qərar təəssüf doğurur”

19:23 “Real” Ramosla yeni müqavilə imzalayacaq

19:18 Bakıda xəstəxanada insident yaşanıb

19:13 Tramp BMT tribunasından İranı sərt tənqid etdi

19:08 “Prezidentin Nyu-Yorkda keçirdiyi görüşlər böyük əhəmiyyət kəsb edir”

19:01 “Nalbandyanın bəyanatı danışıqlar prosesinə xələl gətirir”

18:59 Türkiyə klubu Luis Enrikeni gətirir

18:55 Yerevanın mərkəzində uşaqları və qadınları həbs etdilər

18:50 Sərəncam ömürlük məhbuslara da qapı aça bilər

18:45 Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

18:41 Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

18:37 Paytaxtda mənzildə meyit tapılıb

18:33 Faytonçu Nazimə diaqnoz qoyan həkim danışdı

18:29 “Alaq otusunuz, sizi kökündən kəsmək lazımdır”

18:25 Sabah Bakı və Abşeronda qaz olmayacaq

18:20 Yanğın zamanı “Gazelli”yə nə qədər ziyan dəyib?

18:16 Prezidentdən neft sənayesi işçiləri ilə bağlı sərəncam

18:12 İlham Əliyev sərəncam imzaladı

18:08 Ramil Usubov rusiyalı generalla görüşüb

18:04 Oğurluğa görə tutulan futbolçunun sərbəst buraxılmayıb

18:00 “Sulu qəlyan narkotik tərkiblidir və narkotika qədər təhlükəlidir”

17:56 FHN: “Gazelli Group”a məxsus anbarda yanğın söndürülüb

17:51 Daha bir ana ölümü - Sabirabadda

17:45 On minlərlə avronu unitaza atdılar

17:29 Ramil Usubov Rusiyanın polis generalı ilə görüşüb

17:23 Əmək pensiyaları ilə bağlı qayda dəyişir

17:15 Estoniya təhlükə ilə üz-üzə - Afrika taunu aşkar edilib

17:09 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:03 Müdafiə naziri cəbhə bölgəsində hərbi hissənin açılışında

16:55 Azərbaycanlı dustaq Rusiyada məhkəmə zalından qaçdı

16:50 “Google” Hindistanda öz ödəniş sistemini işə salır

16:43 Bakıda şadlıq evinin qarşısında ağır qəza: Qadın öldü

16:36 Məmmədyarov Nalbandyanla görüşəcək

16:31 FHN: “Gazelli” zavodunda baş vermiş yanğın söndürülür - Video

16:26 Araz Əlizadə: “Bakıda bit problemi yaranıb”

16:20 Myanmar lideri ilk dəfə Rohinca müsəlmanlarına qarşı zorakılığa reaksiya verib

16:12 “Qarabağ”ın oyununa 45 min bilet satılıb

16:05 “Bu diaqnoz mənə 3 ay əvvəl qoyulub”

15:59 Fuad Poladovun susqun dərsi

15:53 Baş Prokurorluq “Turan”la bağlı məlumat yaydı

15:47 Trampın BMT-də islahatlar həvəsi dünyaya nəyi vəd edir? - Müsahibə

15:46 MM-in komitə sədri: “Təəssüf ki, heykəllər məhv edildi”

15:35 Bakının 7 rayonunda köhnə binalar sökülür

15:30 Həmməruzəçilər bəyanat yayıblar

15:23 Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları

15:17 “Yanacaqdoldurma məntəqəsində maşından düşməyəndə hər 10 litrə 1-2 litr aldadırlar”

15:11 Nicatla Rəşad Dağlı əlbəyaxa oldu - Toy yarımçıq qaldı

15:06 İran generalından sensasion açıqlama: “İsraili yerlə-yeksan edəcəyik”

15:00 “Mən radara düşməsəm, dövlətə o pulu kim ödəcəyək?”


ANALİZ

...

Fələstində hörülən divarlar və “bənnalar” – Dünyada ən çox qaçqını olan xalqın faciəsi

Tarix 22.06.17, 17:17

Font ölçüsü : - / +
bitmap-img6


Əziz Rzazadə


Dünyanın siyasi xəritəsində indi yalnız adı qalmış dövlətlər var. Məsələn, daim bir-biri ilə döyüşən, üç rəqib hissəyə bölünmüş Liviya, yaxud dövlət tək çökmüş Somali.

Bir də adı tanınan, amma mövcud olmayan dövlət var – Fələstin.

İndi onun ərazisində başqa bir dövlət mövcuddur – BMT tərəfindən qəbul edilmiş sərhədlərindən çoxdan və çox-çox kənara çıxmış, tikanlı sərhəd dirəklərini özgə ərazilərdə bərkitmiş və “ağıllı divar”ları ilə düşmənlərindən qorunan İsrail.

Fəlakətli hicrət

“Hər bir insanın öz evində yaşamaq hüququ var və heç kim bu hüququ ondan ala bilməz”. Bu sözləri Fələstin ərazilərinin işğal edilməsinin 50 illiyinə – Altıgünlük müharibənin (5 iyun 1967-ci il) yubileyinə həsr olunmuş tədbirdə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

İsrail rəhbəri çoxdan unudub ki, bu dövlət başqa bir dövlətin varlığına son qoyub və deməli, onun vətəndaşlarını da öz evlərində yaşamaq hüququndan məhrum edib.

Söhbət, əlbəttə, fələstinlilərdən gedir.

Dünyada, son hesablamalara görə, 21 milyon qaçqın var və bu rəqəmin dörddə biri fələstinlilərə aiddir. 1948-ci ildən evindən və deməli, dövlətindən məhrum olan xalq da milli faciəsini, qaçqın düşdüyü günü (15 may) bir sözlə dəqiq ifadə edib – “Ən-nəkbə”, yəni “Fəlakət” (Yaxud başqa bir təbirlə, “əl-hicrə əl-filistiniyə” – “fələstinlilərin hicrəti”).

Bu sözün başqa bir məna çalarları var. “Ən-nəkbə” siyasi yozumda həm də “uğursuzluq” deməkdir. 1967-ci ilin Ərəb-İsrail müharibəsinə eyham buran kəlmə İsrailin Şərqi Qüds, Qərb sahili və Qəzzanı – digər Fələstin ərazilərini də işğal etməsini ehtiva edir.

Son pənaha da rəsmi yasaq
 
BMT-nin bölüşdürmə planına əsasən, keçmiş müstəmləkə ərazisinin 55 faizi İsrailə ayrılıb, lakin bu gün o, tarixi Fələstinin artıq 85 faizinə nəzarət edir.

1948-ci ildə işğal olunmuş əraziləri 430 min fələstinli tərk edib. Qaçqınların böyük kütləsi Ərəb Dünyasının müxtəlif ölkələrində (Misir, Livan, Suriya və s.), habelə digər qitələrdə məskunlaşıb.

İsrailin işğal etdiyi Qərbi Şəriyə və Şərqi Qüdsdə evlərinin dağıdılması, kütləvi həbs və digər təhlükələrlə demək olar ki, hər gün qarşılaşan 3 milyondan çox fələstinli yaşayır.

BMT Təhlükəsizlik Şurasının qadağasına məhəl qoymadan, qanuni ərazilərindən məhrum olunan fələstinlilərin torpaqlarında yalnız yəhudi məskənləri tikilir. Fələstinlilərin hərəkət sərbəstliyi çoxsaylı hərbi nəzarət-yoxlama məntəqələri və “ağıllı divarlar”la məhdudlaşdırılır.

Təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza Bölgəsi on ildən artıqdır ki, hava məkanı, dəniz və qurudan İsrailin mühasirəsi altındadır. Qəzzaya qarşı İsrailin apardığı üç böyük hərbi əməliyyat nəticəsində bu kiçik zolaqda normal həyatın yalnız közləri qalıb.

İsrail hüdudlarında isə 1,8 milyon fələstinli yaşayır və onlar yəhudi dövlətinin etnik azlığı hesab olunurlar.

Hüquq müdafiə təşkilatları “Ən-nəkbə”nin xatırlanması da daxil olmaqla (bu, yerli qanunvericiliklə cinayət məsuliyyəti doğurur), fələstinlilərə qarşı ayrı-seçkiliyə dair 50-dən çox qanun qeydə alıblar. Buna son bariz nümunə “Azan yasağı”dır.

Beləcə, fələstinlilərin son pənaha – Allaha yalvarış cəhdinə də rəsmi qadağa divarı hörülüb.

Hər qarışda ayrı-seçkilik

İsrail yaranandan bəri heç bir yeni Fələstin qəsəbəsi və ya şəhərinin təməli qoyulmadığı halda, bu ölkədə 600 yəhudi bələdiyyəsi təşkil edilib. Bölgədə istənilən fələstinlinin tikinti fəaliyyətinə xeyli qadağa və icazə-rəsmi razılaşdırma maneəsi yaradılıb.

Bundan əlavə, “Ən-nəkbə” və ya Qəzza müharibələri istisna olmaqla, 100 mindən çox fələstinlinin evi xarabazara çevrilib.

7,9 milyon qaçqın və məcburi köçkünün (6,14 mln. nəfər sırf qaçqınlardır) ən pis şəraitdə BMT-nin təşkil etdiyi düşərgələrdə həyat sürür.

Fələstin Statistika Bürosunun məlumatına görə, 1948-ci ildən bir milyona yaxın fələstinli İsrail tərəfindən həbs edilib və hazırda həbsxanalarda 6 min 500 nəfərin olduğu dəqiq rəqəmdir.

“Human Rights Watch”un son hesabatı (4 iyun 2017-ci il) fələstinlilər və israilli mühacirlər arasında geniş fərqi qeyd edir: “İsrail mühacirlərə İsrailin mülki hüququnu tətbiq və onları, eyni ərazidə yaşayan və İsrail hərbi qanuna tabe etdirilən fələstinlilərə şamil olunmayan mühafizə hüququ, habelə digər azadlıq və hüquqlarla təmin edir.

İsrail mühacirlərə infrastruktur, xidmətlər və subsidiyalar təqdim edir, ayrıca və qeyri-bərabər sistem, hüquq və qaydalar yaradaraq, bunların fələstinlilərə şamil olunmasını inkar edir".

Bir çox siyasi çevrələr, xeyriyyə təşkilatları, analitik qurumlar, “beyin mərkəzləri” yekdil rəydədir ki, yeni yəhudi məskənlərinin yaradılmasını dayandırmaq və onların ləğvinə dair birgə beynəlxalq fəaliyyət olmazsa, işğal olunmuş ərazilərdə fələstinlilər üçün insan haqları ilə bağlı vəziyyət daha da pis olacaq.

Bədnam məskunlaşdırma siyasəti

Yəhudi yaşayış məskənlərinin tikintisi və genişləndirilməsinə son qoymağı tələb edən çoxlu sayda BMT qətnamələri var. Hələ 1980-ci ildə BMT Təhlükəsizlik Şurasının 465 nömrəli qətnaməsi bütün dövlətlərin "xüsusi olaraq işğal olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar" İsraili hər hansı bir yardım ilə təmin etməməyə çağırırdı.

Əksər dövlətlər, o cümlədən Avropa Birliyi (AB) üzvü olan bütün ölkələr İsrail məskənlərinin qeyri-qanuniliyini açıq şəkildə etiraf edir.

Beynəlxalq hüquqa əsasən, dövlətlər İsrailin yaratdığı yaşayış məntəqələrində istehsal edilmiş məhsulların idxalının qarşısını almalı və işğal edilmiş Fələstin torpaqlarında öz şirkətlərinin fəaliyyətinə icazə verməməlidir.

İsrailin məskunlaşmanı genişləndirmə siyasətinin qlobal pislənməsi zəifləməsə də, işğalçı dövlət dəfələrlə aydın şəkildə bildirib ki, beynəlxalq hüququn kobud şəkildə pozulması olan yeni qəsəbələrin genişləndirilməsinə etirazları vecinə almır.

Yeni yəhudi qəsəbələrinin inşası planını davam etdirməyə qərarlı olan baş nazir Benyamin Netanyahunun yürütdüyü siyasət buna əyani sübutdur. 2017-ci ildə işğal edilmiş Qərb Sahilində mövcud yaşayış məntəqələrində 8,345 (o cümlədən 3,066 ev təcili qaydada) yeni evin tikintisi və iki yeni məskənin salınması nəzərdə tutulur.

49 ildə, yəni 1967-ci ildən etibarən rəsmi və qeyri-rəsmi olaraq, işğal edilmiş ərazilərdə 262 yəhudi qəsəbəsi salınıb. Hətta yəhudi məskunlaşmalarına qarşı çıxan İsraillin qeyri-hökumət təşkilatı “Peace Now”un (“İndi sülh”) hesabatına əsasən, Altıgünlük müharibədən sonra, divarla bölünmüş şəhərdə, Şərq Qüds də daxil olmaqla, Fələstin ərazilərində ümumən 640 min yəhudi (təkcə Qüdsdə 220 min) məskunlaşdırılıb.

ABŞ planı və çıxılmazlıq

Beynəlxalq miqyas alan Fələstin probleminin həlli illərdir müxtəlif siyasi tənliklərlə qarşılaşır.

İkiqütblü dünyada münaqişə tərəflərinin hər biri ABŞ və SSRİ-nin simasında rəqib siyasi-ideoloji dayaqlara söykənirdi. On illiklər ərzində fələstinlilərin bu rəqabətdən qazancı çox olmadı.

Münaqişənin daşa dirənməsinin başqa bir səbəbi Ərəb Dünyasının da bu rəqabətdə fərqli tərəf tutması, habelə ərəb-İslam aləmi üçün xəcalət olan Fələstin probleminin müxtəlif maraqlara peşkəş edilməsidir.

İsrail-Misir arasında Kemp-Devid müqaviləsi, sionizmin nasist ideologiya olması barədə BMT qərarının ləğvi, Fələstin müqavimətinin “İntifada” hərəkatı, Körfəz savaşı, ötən əsrin 90-cı illərinin Oslo sazişi, Rabin-Ərəfat anlaşması, daha sonra Qəzza müharibələrindən tutmuş ABŞ-da son prezident seçkiləri və Donald Trampın iqtidara gəlişinə qədər ümid işığı gah azca gurlaşdı, gah da nöqtə halına qədər kiçildi.

“Ən-nəkbə”dən indiki çıxılmazlığa qədər gecikmiş çözümün digər bir səbəbi Fələstin müqavimət hərəkatının ayrı-ayrı qanadları arasındakı rəqabətdir. Dar səlahiyyətlər çərçivəsində fəaliyyət göstərən Mahmud Abbas administrasiyası və “HƏMAS” təşkilatının münasibətlərindəki iti bucaqlar tərəfkeş seçimi və siyasi yanaşma fərqlərində açıq ifadə olunur.

“HƏMAS”ın yeni bəyannaməsindəki tezislər, o cümlədən İsrailin tanınmaması şərtilə, 1967-ci il sərhədlərində Fələstin uğrunda mübarizə ideyasının doğurduğu ziddiyyətli şərhlər, şübhələr və ittihamları da, bu mənada, xatırlamaq yerinədüşərdir.

Trampın Yaxın Şərq qrupu və ərəb hökmdarları

Vasitəçi qismindəki əsas siyasi aktyorun açıq tərəf tutması ilə münaqişənin çözümünə yeni divar hörüldü. “Milyarderlər administrasiyası” kimi də səciyyələndirilən Donlad Trampın hakimiyyətə gəlişinə qədər fələstinlilər heç zaman bu dərəcədə bədbin həddə çatmamışdı. Çünki hələ seçki kampaniyası dövründə respublikaçı namizədin bir çox açıqlamaları onun birmənalı olaraq İsrail tərəfdarı olduğuna dəlalət edirdi.

İstər Tramp administrasiyası, istərsə də onun Yaxın Şərq, o cümlədən Fələstin məsələsinə məsul olan müşavirləri, bir çox analitiklərin də qeyd etdiyi kimi, az qala İsrail hökumətinin tərkibini və mövqeyini xatırladır.

Tramp bölünməz Qüdsü İsrailin paytaxtı kimi tanıyan və Birləşmiş Ştatlar səfirliyini bu şəhərə köçürmək vədi verən ilk ABŞ prezidenti olmaqla yanaşı, bir sıra (ABŞ-ın İsrailə təyin edilmiş ifrat sionist yeni səfiri Devid Fridman da daxil olmaqla) təyinatları ilə də qıcıq oyatdı. Amma bunun yüzdə-yüz ilki – kürəkəni Cared Kuşnerə verilən missiyadır.

Nyu-Yorkun nüfuzlu yəhudi ailələrindən birinə mənsub olan Kuşner üçün “İsrail” dildən düşməyən kəlmədir. Yeniyetmə çağlarında tez-tez tətillərini İsraildə keçirən Tramp administrasiyası üzvünün atası, prezidentin qudası Çarlz Kuşner “Ərzi-məvud”da (“Vədolunmuş torpaq”da) yad adam deyil. O, Netanyahunun seçki kampaniyalarına şəxsən iştirak edib.

2017-ci ilin əvvəlində İsrail baş nazirini Nyu-Cersidəki evində qonaq edən gənc iş adamı-siyasətçinin köməkçisi isə “Trump Organisation”dan olan yəhudi hüquqşünas Ceyson Qrinblatdır.

Tramp administrasiyasının bu qrupu ABŞ xarici siyasətinin həmişə gündəmində olan “iki dövlətli həll” seçənəyini artıq nəzərdən keçirmir. Kuşner və digər məsləhətçiləri, ilk növbədə, İsrailin təhlükəsizliyi qayğılandırır. ABŞ prezidentinin nüfuzlu yəhudi təşkilatı AIPAC-dakı məruzəsi və onun mətninin C.Kuşner tərəfindən yazılması da yeni administrasiyanın sözdən hansı əmələ keçiləcəyinə dair suallar saxlamır.

ABŞ prezidentinin gündəliyində Fələstin probleminin çözmə planı sadəcə yoxdur. Bunu birmənalı olaraq deməyə əsas verən bir sıra sübutlar var: Suriyada müharibənin sona çatdırılmasına maneələr, İŞİD-ə qarşı sözdə mübarizə, ərəb NATO-su yaratma planı, İsrailə səfər və s.

Səudiyyə Ərəbistanından gələn amerikalı qonağını qarşılayarkən, “Bir gün İsrail baş naziri də Riyada səfər edəcək” deyən B.Netanyahunun nəyə istinad etdiyi aydındır. Başda Körfəz dövlətləri olmaqla, Ərəb Dünyasının rəftarı, İsraillə qismən gizli, qismən də açıq əlaqələr Fələstin mövzusunun gündəmə gəlməsi və siyasi həll qarşısında daha bir, amma qalın divar hörür. Yeganə fərq budur ki, bu işin icraçısı yevangelist-yəhudi (Valid Fares, Cared Kuşner, İvanka Tramp, Ceyson Qrinblatt, Devid Fridman və s.) mason “bənnalar” deyil, külli ixtiyar sahibi olan ərəb padşahlardır.

Məqalə “Qələm” Yazarlar Birliyinin Beynəlxalq Qüds Günü ilə əlaqədar müsabiqəsinə təqdim edilib və I yeri qazanıb.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Netanyahu İsrail-Azərbaycan münasibətlərini BMT-də nümunə gətirib

bitmap-img3

Rakurs

Sumqayıtda məktəb direktoru jurnalistə: “Qələt edib mənə zəng vurursan”

bitmap-img3

Seçmələr

Şeyxin Karlovı Varıdakı biznesinin sənədləri də üzə çıxdı – yeni gəlişmə

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru