Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin prezidenti İlham Əliyevi təbrik edib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi 28 May – Respublika günü münasibətilə təbrik edib


Təbrikdə belə deyilir:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi, qardaş Azərbaycan xalqını və Hökumətini Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Allah-Taaladan Sizə, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah diləyirəm. Xalqlarımızı birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin inamımızı ifadə edir, bu əlaqələrin inkişafından, ölkələrimiz üçün faydalı olan və ortaq məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən sonsuz məmnunluq duyuram.

Zati-aliləri, müstəqil Fələstin Dövlətinin yaradılmasına qardaşlıq dəstəyinizi yüksək qiymətləndirir və təşəkkür edirik.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edəsiniz".(AzərTAc)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar