Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa məişət zorakalığından danışdı



Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında son günlər ölkədə artan məişət zorakılığı ilə bağlı çıxış edib


Millət vəkili qeyd edib ki, ailə üzvləri bir-birini qırır, oğul anasını, qaynana gəlnini, nəvəsini öldürür. “Biz təcili bu vəziyyətdən çıxış yolunu tapmalıyıq. Azərbaycanda bu işlərə nəzarət edən komitə var. Bəlkə bu komitənin səlahiyyətləri artırılsın. Bundan başqa sahə müvəkkilli institutu yenidən qurulmalıdır və fərqli formada dirçəlməlidir. Sahə müvəkkiləri vəzifəsinə ən aşağı rütbəli şəxslər təyin olunur. Eyni zamanda onların maaşı azdır. Hesab edirəm ki, onların səlahiyyətləri genişləndirilməli və artırılmalıdır. Onlar ərazidə yaşayan münaqişəli aliləri siyahıya alsınlar. O ailələrdə olan içki düşkünləri, psixoloji problemləri olanları, narkomanları nəzarətdə saxlasınlar. Əks halda ailə institutu zədələnəcək”.

Millət vəkili Zahid Oruc da millət vəkilinin çıxışına əlavə olaraq qeyd edib ki, ölkədə səsli-küylü cinayətlər artıb: 

Azərbaycanda sabitlik var və haqlı olaraq bununla fəxr edirik. Bəs niyə belə cinayətlər artır? Bunun səbəbi xaricdən ölkəmizə televiziyalar vasitəsilə daşınan filmlərdir yoxsa psixoloji vəziyyətdir? Mən bilmirəm. Bu məsələ ciddi araşdırılmalı və parlament dinləmələri belə keçirilməlidir”. (qafqazinfo.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar