Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: “Ola bilər ki, biz parlament partiyalarının vahid namizədini dəstəkləyək”


Böyük Quruluş Partiyasının sədri: “ABŞ Dövlət katibi müavininin Azərbaycana səfərinin heç bir dəyəri yoxdur”


“Bu səfər ABŞ-ın hansısa maraqlarının təmin olunması üçün müəyyən mexanizmləri iqtidarla və başqa qüvvələrlə müzakirə etməkdən başqa bir məsələ deyil”.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri və ABŞ-ın bu seçkilərə olan marağı ilə bağlı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.

Fazil Mustafa: “Əslində prezident seçkilərinə görə kampaniyanın aparılmasında vaxtın qısa olması hər kəsin marağına uyğundur”.


PİA.AZ Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Fazil bəy, Böyük Quruluş Partiyası seçkilərə hazırdırmı və prezident seçkilərində iştirak edəcəksinizmi?

- Prezident seşkilərində iştirakla bağlı Böyük Quruluş Partiyasında müzakirələr gedir. Hələ ki, konkret qərarımız yoxdur. Amma yaxın günlərdə qərarımız açıqlanacaq. Qeyd edim ki, Böyük Quruluş Partiyası növbədənkənar prezident seçkilərində aktiv iştirak etmək niyyətindədir. Ola bilər ki, biz parlament partiyalarının vahid namizədini dəstəkləyək, ya da özümüz ayrıca namizəd kimi iştirak edək.

- Bir çox ölkələrdə seçkilərə uzun müddət vaxt ayrılır. Misal üçün ABŞ-da seçki marafonu iki il davam edir. Hesab edirsinizmi ki, 60 gün ərzində normal seçki kampaniyası aparmaq mümkündür?

- İndi interner dövrüdür. Əslində prezident seçkilərinə görə kampaniyanın aparılmasında vaxtın qısa olması hər kəsin marağına uyğundur. Yəni bizim üçün vaxtın qısalığı problemi yoxdur. Çünki internet şəbəkəsindən aktiv istifadə edirik və bu barədə hər hansı şəkildə problemimiz yoxdur.

- Fazil bəy, Milli Şura seçkiləri boykot etdiyini açıqlayıb. Boykot siyasətini necə dəyərləndirirsiniz?

- Hər kəsin özünün marağına uyğun atdığı addımdır. Siyasət maraqlar üzərində qurulan bir fəaliyyət sahədir. Görünür Milli Şura da özlərinin fəaliyyətlərinin daha doğru olduğu qərarına gəldilər. Onlar resurslarını, imkanlarını, seçkidə qalib gəlmək şanslarını və başqa məsələləri hesablayırlar. Yəqin ki, buna görə də qərar veriblər. 

Fazil Mustafa: “Hələ ki, Azərbaycan məkanında ABŞ-ın siyasətinin hansısa bir konturları görünmür”.


- Növbədənkənar prezident seçkilərinin elan olunmasından sonra ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brinkin Azərbaycana səfərlər etməsini, iqtidar və müxalif siyasətçilərlə görüşməsini necə dəyərləndirirsiniz? Hesab etmək olarmı ki, Vaşinqton prezident seçkisinin ertələnməsindən əvvəlcədən məlumatlı olub və ABŞ müxalifətin erkən seçkilərdə iştirakını istəyir?

- ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brinkin Azərbaycana səfərlərinin mənim üçün heç bir dəyəri yoxdur. Çünki bu gün Bricet Brinkin görüşləri heç nəyi həll etmir. Hələ ki, Azərbaycan məkanında ABŞ-ın siyasətinin hansısa faydası ola biləcək bir konturları görünmür. Bu baxımdan da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisinin səfərinin hansısa əhəmiyyəti olduğunu düşünmürəm. Bu səfər ABŞ-ın hansısa maraqlarının təmin olunması üçün müəyyən mexanizmləri iqtidarla və başqa qüvvələrlə müzakirə etməkdən başqa bir məsələ deyil.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar