Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı

Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ilə tarixli sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildi


Həmin gün prezidentin imzaladığı digər sərəncamla Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edildi.

PİA.AZ  Axar.az-a istinadən xəbər verir ki, M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir.

İşdən çıxarılanlar arasında keçmiş vergilər naziri F.Məmmədovun da qohumları var. Onların siyahısını təqdim edirik:

1. Namiq Quliyev – F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini. N.Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib. 2017-ci ilin 25 dekabr tarixində vəzifəsindən kənarlaşdırılıb.

2. Namiq Əliyev – F.Məmmədovun qudası, vergilər nazirinin müavini. N.Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib.

3. Elnur İsgəndərov – F.Məmmədovun bacısı oğlu. Mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi daşıyan Elnur İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında təyin edilmişdi. E.İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib. Qeyd edək ki, E.İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludur

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar