Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir


Həbsdəki yazıçı-şair Saday Şəkərlinin vəkilləri məhkəməyə müraciət ediblər. Onlar yazıçı-şairin vaxtından əvvəl azadlığa buraxılmasını istəyirlər


Bu barədə onun vəkillərindən biri Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkillər S.Şəkərlinin adından Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Müraciət cinayət qanunvericiliyinə edilmiş son dəyişikliklərə əsaslanır.

“Saday Şəkərli 2015-ci ildə həbs edilib, 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını artıq çəkib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan da yoxdur. Ailə vəziyyəti və səhhətindəki problemlər məhkəmə tərəfindən nəzərə alına bilər. Nizami Rayon Məhkəməsindən xahiş etmişik ki, vəziyyətini nəzərə alıb, onu azadlığa buraxsın”, – vəkil qeyd edib.

Məhkəməyə müraciət hələlik icraata verilməyib.

Xatırladaq ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Ötən il mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi qərarla razılaşmayaraq kassasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb. Şair həbsini tənqidi məzmunda olan “Qurd ürəyi” adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

S.Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub. Hüquq-müdafiə təşkilatları bir müddət əvvəl S.Şəkərlini “siyasi məhbus” elan ediblər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar