Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun ətrafında müəmmalı sükut


Ötən il dekabrın 5-də Fazil Məmmədov qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi


Ümumilikdə isə 2017-ci ilin ilk aylarından başlayaraq Fazil Məmmədovun ətrafında çox ciddi proses getdiyi müşahidə olunurdu. Görünən o idi ki, sabiq nazirin mövqeləri getdikcə zəifləyir. Ara-sıra Fazil Məmmədovun özünün vergilər naziri postundan uzaqlaşdırılması istəyində olması, səfir göndərilməsi üçün çabalar göstərməsi xəbəri də gəlirdi.

Hətta 2017-ci ilin ortalarında Fazil Məmmədovun işdən qovulması xəbəri də yayılmışdı. Artıq Fazil Məmmədovun adı qarşısına sabiq vergilər naziri sözləri əlavə olunub. Onun işdən çıxarılmasından 40 gündən də artıq vaxt keçib. Uzun illər Vergilər Nazirliyində Fazil Məmmədovun cəza dəstəsinin üzvləri kimi fəaliyyətdə olmuş vəzifə daşıyıcılarının bir çoxu ötən müddətdə tutduqları postları itiriblər. 

Hazırda sabiq nazirin ətrafında vəzifən çıxdığı ilk günlərdə müşahidə edilən ajiotaj da yoxdur. Çox mübhəm sükut içində Fazil Məmmədov və onun dəstəsi talelərinin necə olacağını böyük həyəcanla gözləyirlər. Belə məlumatlar var ki, Fazil Məmmədov hər gün xeyli spirtli içki qəbul etməklə stress atmağa çalışır. Onun ətrafında olmuş, Vergilər Nazirliyinin rəsmiləri olaraq əmrlərini yerinə yetirmiş şəxslərin də durumu fərqli deyil. Hər kəs sabahını böyük təlaşla açır, istintaqa çağırılma, həbs təhlükəsindən qorxaraq səksəkə içində günü-günə calayır. Belə xəbərlər var ki, hazırda Fazil Məmmədovun Vergilər Nazirliyinə rəhbərlik etdiyi dövrdə baş verən qanunsuzluqlar üzrə ilkin araşdırmalar sona çatmaq üzrədir. Araşdırmaların bir qolu da Fazil Məmmədovun ölkədən iri məbləğdə - 4,5 milyard manat “qara pullar”ın çıxarılması üzrə aparılır. Artıq Fazil Məmmədovun maliyyə xəyanətinə görə işdən qovulması iddiası da qətiləşmək üzrədir. 

Ondan əvvəl maliyyə xəyanətində suçlu bilinən nazirlərin aqibətini yada salsaq, yaxın zamanlarda sabiq vergilər nazirini çox narahat günlərin gözlədiyini söyləyə bilərik...

Eldar Mahmudov 2015-ci ildə postunu itirəndən sonra onun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevlə birgə ölkədən 15 milyard dollar çıxarmaları haqda məlumatlar dolaşırdı. Cahangir Hacıyevin həbsindən bir müddət sonra onun 15 milyardlıq maliyyə xəyanətində ittiham etdilər.

Eldar Mahmudov işdən qovulandan sonra onun rəhbərliyi altında MTN-çilərin iş adamlarına qarşı talançılığı, vəzifə sahiblərinə qarşı quldurluq etmələri faktlarla, sübutlarla ortaya qoyulmaqla əvvəl yayılan məlumatlar təsdiqlənmiş oldu. Bu gün Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan generallar digər ittihamlarla yanaşı quldurluq, soyğunçuluq ittihamları ilə məhkumluq həyatı yaşayırlar. Zərərçəkənlər də əsasən iş adamlarıdır. Hazırda YAP-ın Yasamal təşkilatının sədri olan Tağı Əhmədov da Eldar Mahmudovun generallarına zor, hədə qarşılığında 3 milyon avro pul ödəməli olmuşdu. Bu da məhkəmədə təsdiqini tapdı. Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədovun komandasına qarşı da eyni ssenari üzrə hərəkətlilik baş verməkdədir. Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Vergi Auditi Departamentində qeyri-rəsmi yoxlamaların aparılır. Ayrı-ayrı sahibkarlar çağırılaraq sorğu-sual olunur, onlardan hədə, zor yolu ilə alınan “şapka”ların məbləğləri aydınlaşdırılır.

Yada salaq ki, Fazil Məmmədov işdən çıxarılandan 1 gün sonra Ali Məhkəmədən bu baxımdan maraq doğuran açıqlama verilmişdi. 

Dekabrın 5-də axşam saatlarında artıq sabiq nazirə çevrilən Fazil Məmmədovun fəaliyyətinə dekabrın 6-da səhər Ali Məhkəmədən belə bir qiymətverici məlumatla münasibət açıqlanıb. 

Rəsmi məlumat belə idi: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb. “Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. 


Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”.

Ali Məhkəmədən ayrı vaxt belə bir rəsmi açıqlama verilməzdi. Bu isə onu göstərir ki, Fazil Məmmədov, onun komandasını həbsə aparacaq gücdə olan və araşdırma aparılmadan belə ortada kifayət qədər faktlar var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar