Xəbər xətti

22 APREL

22:00 Yaponiyada inanılmaz kəşf - 500 milyard qiyməti var

21:49 Elman Allahverdiyev Almaniyada gözlənilmədən müflis oldu

21:35 Şəhriyar Məmmədyarov uduzdu

21:20 Türkiyədə növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq

21:12 Teymur Rəcəbov: “Dünya çempionluğunun öz üstünlükləri var”

20:58 Türkiyədə zəlzələ olub

20:43 İmperatorun büstü tapılıb

20:28 Prezident Makron: “Suriyadan çıxmamalıyıq, İran müharibə hazırlayır”

20:13 Jurnalisti canlı yayımda güllələdilər

20:05 İrəvanın mərkəzində keçirilən aksiyada 10 min nəfər iştirak edir

19:59 Erməni artistlər fəxri adlardan imtina edirlər

19:45 Ermənistan prezidenti xalqa müraciət etdi

19:33 Xalq artisti: “Bir daha qadın kimi xoşbəxt olmayacam”

19:15 Aİ Ermənistanda aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib

19:13 Futbolçular Mourinyodan narazıdır

18:56 Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

18:44 İmtahan nəticələri açıqlandı

18:30 Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları bilindi

18:14 Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb - Yenilənib

17:59 Rusiyada Google bloklandı

17:44 Azərbaycan cüdoçuları Tunisdə 15 medal qazandı

17:35 Yerevanda etiraz aksiyalarını təşkil edən 3 deputat həbs olunub

17:23 Türkiyədə ağır yol qəzası: 25 yaralı

17:17 “Mançester Yunayted” “Arsenal”a çatdı

17:10 Şəkidə zəncirvarı yol qəzası olub, 6 nəfər xəsarət alıb

16:58 Dünyanın ən yaşlı adamı 117 yaşında vəfat edib – Yaponiyada

16:45 Dubayda məşhur biznes mərkəz yanır

16:25 “Qaçqınkom”un yeni sədri: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb“

16:00 Səudiyyə kralı PUA insidenti zamanı sarayda olmayıb

15:56 Dövlət qulluğuna qəbul imtahanı keçirilib

15:52 Boksun canlı əfsanəsi Ərdoğanla görüşmək istədi

15:47 Oqtay Şirəliyev bu vəzifəli şəxslərlə bağlı əmr imzaladı

15:41 Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb

15:35 DİM abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib

15:29 Əfqanıstanda gün ərzində ikinci partlayış: 7 nəfər ölüb, 10-u yaralanıb

15:23 Metroda intihar edən qadının kimliyi məlum olub

15:17 Sabah hava necə olacaq? - Proqnoz

15:11 Səudiyyə kralının sarayında nə baş verir?

15:05 Türkiyə silkələndi

15:03 Barcelona azarkeşləri İspaniya kralına məhəl qoymadı

14:59 İŞİD Kabildəki terrora görə məsuliyyəti üzərinə götürüb

14:54 Nigar Röya ilə bağlı sualları cavabsız qoydu

14:52 Yerevan yenə qaynayır - Canlı yayım

14:48 İrəvanda polis etiraz aksiyasını dağıdıb, onlarla aksiyaçı saxlanılıb

14:45 Bakı meri postuna ehtimal olunan namizəd - İddia

14:42 ““Barselona”da yadplanetlilər oynayır” - Montella

14:36 Polisdən Paşinyanla bağlı açıqlama: Aradan çıxardıq

14:33 Ermənistanın yeni prezidenti Qarabağdakı separatçıların lideri ilə görüşdü

14:30 “Bir daha qadın kimi xoşbəxt olmayacam” - Məleykə

14:24 Müsəlman ölkəsində partlayış: 31 ölü, 50-dən çox yaralı

14:18 Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb

14:12 Bakı metrosunda dəhşət: Qadının başı bədənindən ayrıldı

14:06 “Erməni soyqırımı” aksiyalarına azərbaycanlı mühacirlər qoşula bilər

14:00 Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı

13:44 Prezidentin vəzifə verdiyi İnam Kərimov kimdir?

13:38 Dərbənddə 9 silahlı məhv edildi

13:31 İngiltərənin Championship divizionunda çempion rəsmiləşdi

13:25 “Novruz Məmmədov heç bir qruplaşmada olmayıb”- Komitə sədri

13:19 Göygöldə işləyən Bakı sakini yıxılaraq ağır xəsarət alıb

13:13 “Titanik”də ilk naharın menyusu 140 min dollara satılıb

13:07 Bakıda palçıq vulkanı belə püskürdü - Foto

13:01 Vladimir Nabokov Dostoyevski haqqında nə yazırdı?

12:56 “Hesab edin ki, artıq problemlər həll olunub” - “Qaçqınkom”un yeni sədri

12:50 Kabildə partlayış - 4 ölü, 15 yaralı

12:44 Levandovskidən yeni rekord

12:38 “İran ABŞ-la dustaqları dəyişməyə hazırdır”

12:32 Müşfiq Vasifə “Matışka” dedi - Efirdə biabırçılıq

12:26 Müdafiə Nazirliyindən Ermənistanın təxribatı ilə bağlı açıqlama

12:20 Ağstafada piyadanı avtomobil vurub

12:14 Mindən çox əsiri düşməndən xilas edən Milli Qəhrəman

12:10 Erməni polisi etirazçıları mühasirəyə alıb, müxalif lider Paşinyan saxlanılıb - Video

12:08 ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

12:02 Sarkisyanla Paşinyan arasında gərgin görüş - Video

11:57 Çilidə partlayış nəticəsində 50 nəfər xəsarət alıb

11:57 Bu gün Şəmkir turnirində V turun görüşləri keçiriləcək

11:51 Moskvada qasırğa: iki nəfər həlak oldu

11:45 “Barselona” 30-cu dəfə İspaniya kubokunu qazandı

11:39 Sumqayıtda dənizə çıxmış 2 gənc batıb

11:33 Alişanın Buseyə evlilik şərti var

11:27 Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

11:21 Minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

11:15 Ərdoğan: “ABŞ Türkiyə üçün təhlükədir”

11:09 Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir?

11:03 İran nüvə proqramını bərpa etməyə hazırdır

10:59 Bu gün rus bölməsinin məzunları imtahan verir

10:53 Bakıda mənzildən kişi meyiti tapılıb

10:47 Bakı Şəhər İcra Hakimiyyətinə hazırda o rəhbərlik edir

10:41 Oğuzda zəlzələ olub

10:35 Yeni nazirlər hansı tanınmışların övladıdır?

10:29 Cəbhədə bu gecə də sakit keçməyib

10:23 “Novruz Məmmədov hökumətin ən təmiz məmurlarındandır”

10:18 AZAL-ın təyyarəsi Moskvanın əvəzinə Sankt-Peterburqda yerə endi

10:13 Sərkisyan: “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”

10:09 Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

10:04 Səudiyyə Ərəbistanında dövlət çevrilişi cəhdi - Video

10:00 Bu gün bürcünüz nələr vəd edir?

21 APREL

21:58 Moskvada güclü qasırğa: 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb

21:49 Goranboyda güclü yağış nəqliyyatın hərəkətini pozub

21:38 Eyni gündə həm nişanlandı, həm də ərə getdi

21:30 Goranboy sakini dəm qazından zəhərlənib

21:17 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

21:04 Dərbənddə əməliyyat: 9 silahlı məhv edildi

20:48 “Azərbaycan Kubokunun finalı Naxçıvanda və ya Lənkəranda keçirilməlidir”

20:33 Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb

20:26 Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı

19:59 Londonda Sarkisyan əleyhinə nümayiş keçirilib

19:48 Usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb

19:35 Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

19:23 “Lokomotiv”dən ardıcıl 2-ci çempionluq

19:17 Bahçeli: “Seçkilərdə partiyamızın prezidentliyə namizədi Ərdoğandır”

19:10 Hökumətdəki bu postlara təyinat olmayıb - Siyahı

18:56 Göygöldə içərisində 6 nəfər olan avtomobil qar dərəsinə düşdü

18:47 Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? - Dosye

18:41 Bu il tütün idxalı və ixracı azalıb

18:33 Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib

18:26 Qərb İraqdakı kimi Suriyada da tədrici soyqırımı aparır

18:14 Azərbaycanda işsizlərin sayı azalıb

18:08 Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

18:00 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər

17:55 ASAN Xidmətin rəhbəri kənd təsərrüfatı naziri təyin edilib



GÜNDƏM

...

Fazil Məmmədovun 200 “kitayski roza” istixanası üzə çıxdı

Tarix 08.01.18, 11:14

Font ölçüsü : - / +
bitmap-img6

Sabiq vergilər nazirinin biznes imperiyası ilə bağlı yeni şok faktlar


Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılıb.

 Bildirilir ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri özgəninkiləşdirməklə əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil...

Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası var. Nazirliyi dövründə xüsusilə özəl sektora təsir dairəsinin genişliyi Fazil Məmmədova böyük pullar əldə etməyə, özünə sərvət toplamağa imkan yaradıb.  Sahibkarlar kasıbladıqca Fazil Məmmədov məmur-oliqarx ranqına çatıb, biznesi də ölçüsüz corab kimi genişlənib. Onun Ukraynanın, Rusiyanın, Çexiyanın turistik zonalarından tutmuş Azərbaycanının dörd bir tərəfində biznes strukturları var. Almaniyada 2 fabrikinin olması xəbəri də mətbuatda illər əvvəl yazılıb.  

Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var.

Şəmkirə səfərimiz zamanı qarşımıza çıxan biznes obyektlərindən hansına şəhadət barmağımızı tuşladıqsa, bələdçilərimizdən “Fazil Məmmədovundur” cavabını aldıq. Rayonun girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirindir. Sanki vergilər nazirindən savayı Şəmkirdə iş qura bilən bir iş adamı, sahibkar olmayıb. Tutan da, vuran da, alan da, satan da bir nəfər olub ki, adı da hər kəsə bəllidir.

Sabirkəndə axşam saatlarında çatmışdıq. Gördüklərimiz sanki bir nağıl idi. Yan yana 200-ə yaxın istixana düzülüb, hər birinin daxilindəki də işıq seli göz qamaşdırır. Sabiq nazirin kəndin girəcəyindəki istixanaları sanki Sabirkəndin çılçıraqlardır. Hər istixananın ölçüsü də çox nəhəngdir. Öyrənirik ki, Fazil Məmmədov bu istixanalarda əsasən “kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırır.

Bakıda  “kitayski roza”nın ən ucuzu 2 manatdır. Fazil Məmmədovun istixanalarından ildə milyonlarla gül yığıldığı haqda da xəbər aldıq. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini 2005-ci ildə yaradıb. Sakinlər deyirlər ki, Fazil Məmmədov buranı qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun nəzarətinə keçib. Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Nazirə məxsus olduğu bildirilən daha bir obyekt - “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb.

Rayon sakinləri deyir ki, istirahət mərkəzi eks-nazirin əmisi oğlu Kamal Məmmədovundur. Rayon sakinləri deyir ki, Fazil Məmmədov vergilər naziri postunda olarkən  Şəmkirə böyük pullar yatırıb. Amma bu pullardan sadə şəmkirlilərə çatan çox az bir hissə olub. Əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun dağıdılmasını da dilə gətirdilər.

Fazil  Məmmədovun Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib.

Rayonda onu da öyrəndik ki, sabiq nazir təkcə bu rayonda deyil, eyni zamanda Gədəbəy rayonunda da saysız obyektlər əldə edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun “ölçüsüz corab”ının bir parçasına çevrilib.

Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb.  Beləcə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.

Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.

Şəmkir və ətraf rayonlarda gəzdikcə Fazil Məmmədovun 17 ildən artıq  rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsinin, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrə yol verməsinin hansı maddi nemətlərin toplanmasına yol açdığına böyük bir qənaət formalaşır. Hansı ki, bu işləri xırda sahibkarlar görməli, işlərini böyütməli və dövlətə vergi ödəməli idilər.

Onları əvəzləyən Fazil Məmmədov özü varlanmaqla yanaşı sahibkarların qarşısında “çin səddi”nə çevirilib, ən əsası isə dövlət büdcəsinə milyonlarla, milyardlarla manat vergilər çatmayıb...

“Yeni Müsavat”ın Reportyor Qrupu

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Səudiyyə kralı PUA insidenti zamanı sarayda olmayıb

bitmap-img3

Rakurs

Falçının zorladığı qızlardan dəhşətli açıqlamalar - Video

bitmap-img3

Seçmələr

Prezident hökumət üzvlərinin səlahiyyətlərini icra etməsi haqqında sərəncam imzalayıb

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru