Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun “kassa aparatı” ilişdi


Sabiq nazirin işdən çıxarılan bacısının əri Namiq Quliyevin iki kabineti varmış; onun oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyi kassa aparatlarından milyonları necə qazanıblar...


Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsinin işdən çıxarılması barədə xəbərlər təsdiqlənib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan  Namiq Quliyevin işdən çıxarılması barədə xəbərlər hələ dekabrın əvvəlində yayılmışdı. Bildirilirdi ki, dekabrın 5-də nazir işdən çıxarıldıqdan bir gün sonra Namiq Quliyev də  ərizəsini yazıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, deyilirdi ki, Namiq Quliyev naziri son vaxtlar, ümumiyyətlə, saymırmış, nazirliyə kefi istəyəndə gəlirmiş. Hətta  yeznənin iki lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Bildirilirdi ki, “əsas pul burada yığıldığından” yeznə gününü bu binadakı kabinetində keçirirmiş.

Fazil Məmmədov qaynından nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış.

Qeyd  edək ki, 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də olub.

Fazil Məmmədov yeznəsinin Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi.  Hələ 2011-ci ildən başlamış “kassa işi” o zaman böyük hay-küy də yaratmışdı. 



Fazil Məmmədovun  xeyir-duası ilə “CASPEL”ə “yaşıl işıq” veriləndən sonra iş adamlarının qara günləri başlamışdı. Vergi müfəttişləri obyekt sahiblərinə məhz “CASPEL” şirkətinin satdığı kassa aparatlarını quraşdırılmasını tələb edirdilər. Maraqlıdır ki, vergi müfəttişləri bunun səbəbini  gizlətmir, həmin şirkətin vergilər nazirinin bacısı oğlunun olduğunu deyir, hətta  “kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq”, -  xəbərdarlığını da edirdilər. Məsələn, 2012-ci il qiymətləri ilə “4613-XXX” tipli aparatın qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat olub.  Bir kassa aparatı üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə hər kolonkaya bir aparat qoyulmasını təmin ediblər ki,  bu da bir YDM-dən 10 min manat qazanc deməkdir. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkətlər vaxtilə bu aparatları cəmi 240 manata satırmışlar. “Mini-T 400 ME” markalı aparatı yeznənin şirkəti sahəsi 50 kvadrat metrə qədər olan obyektlərə quraşdırıb ki, onu “CASPEL” 700 manata, digər şirkətlər isə  150 manata satırdılar. Adi statistikaya görə, ölkə üzrə təxminən 4 min şadlıq evində quraşdırılmış bu aparatlardan (hər biri 2500 manat) nazirin yeznəsinin şirkəti 10 milyon manat əldə edib. Orta hesabla bütün ölkə üzrə Fazil Məmmədov  və yeznəsi  bu əməliyyatdan 50 milyon manat əldə edib. Şübhəsiz ki, bu hələ bilinən bir maxinasiyadır ki, yeznə vaxtı gələndə bunlara cavab verməli olacaq.  

Gələn bilgilərə görə, F.Məmmədovla bağlı iqtidarın tavrı onun yaxın çevrəsində şok effekti yaradıb. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır. Hamının “burnunda” bir həbs təhlükəsi “qoxusu”  var....

Yeni vergilər naziri Mikayıl Cabbarov isə “təmizləmə” aparılan nazirlikdə  bir sıra yeni təyinatlar edib. Musavat.com “Report”a istinadən xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib. Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C. Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub. C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.(Yeni Musavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar