rezonans

Xəbər xətti

23 İYUN

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi

19:16 İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video

19:10 Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

19:04 Yeni büdcə qaydaları müəyyənləşdirilir

18:59 Rus futbolçular dopinqdən istifadə edirlər? - FİFA-ya müraciət

18:53 Prezident 9 milyon pul ayırdı

18:47 Yeltsinin kürəkəni Putinin müşaviri oldu

18:41 Azərbaycanda ailələr niyə dağılır? - Komitə səbəbləri açıqladı

18:35 Baş nazir pambıqçılıqla bağlı xüsusi müşavirə keçirdi



GÜNDƏM

...

Fazil Məmmədov ölkədən çıxardığı milyardları geri qaytaracaqmı?

Tarix 06.01.18, 10:10

Font ölçüsü : - / +
bitmap-img6

Sabiq nazirin iri sahibkarlara qarşı tətbiq etdiyi “dinmə, ver, vergisi”nə məruz qalanların siyahıları tutulur


1 ay əvvəl, dekabrın 5-də  Fazil Məmmədov qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. Artıq 1 aydır ki, Fazil Məmmədov işsizdir.

Rəsmi olaraq onun işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsi onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər  yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi.

Fazil Məmmədov xəstə deyilsə, onun özü belə bu təqdimatla işdən çıxarılmasına qarşı olubsa, bəs bunun gerçək səbəbi nədir?

Bu suala cavab axtaranların böyük əksəriyyəti Fazil Məmmədovun ölkədən iri məbləğdə - 4,5 milyard manat  “qara pullar”ın çıxarılmasına görə işdən kənarlaşdırılması versiyasına daha çox inanırlar. Başqa sözlə desək, Fazil Məmmədovun maliyyə xəyanətinə görə işdən qovulub.

Ondan əvvəl maliyyə xəyanətində suçlu bilinən nazirlərin aqibətini yada salsaq,  yaxın zamanlarda sabiq vergilər nazirini çox narahat günlərin gözlədiyini söyləyə bilərik.

Eldar Mahmudov 2015-ci ildə postunu itirəndən sonra onun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevlə birgə ölkədən 15 milyard dollar çıxarmaları haqda məlumatlar dolaşırdı. Cahangir Hacıyevin həbsindən bir müddət sonra onun 15 milyardlıq maliyyə xəyanətində ittiham etdilər. Düzdür, bu ittihamlar tam olaraq təsdiqini tapmadı. Bunun bir səbəbi kimi də ölkədən çıxarılan pulların rəsmi dövriyyədən kənar olması ilə izah olunur. Yəni həmin pullar “kölgə iqtisadiyyatından”, iş adamlarından, ayrı-ayrı vəzifə adamlarından zorla, şantajla əldə edildiyindən ölkədən çıxarılmasını da təsdiqləmək çətinlik yaradıb. Faktiki isə Azərbaycanda əldə olunan bu pulların xaricdəki hesablara ötürülməsi haqda məlumatlar olub. Eldar Mahmudov işdən qovulandan sonra onun rəhbərliyi altında MTN-çilərin iş adamlarına qarşı talançılığı, vəzifə sahiblərinə qarşı quldurluq etmələri faktlarla, sübutlarla ortaya qoyulmaqla əvvəl yayılan məlumatlar təsdiqlənmiş oldu.  Bu gün Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan generallar digər ittihamlarla yanaşı quldurluq, soyğunçuluq ittihamları ilə məhkumluq həyatı yaşayırlar. Zərərçəkənlər də əsasən iş adamlarıdır. Hazırda YAP-ın Yasamal təşkilatının sədri olan Tağı Əhmədov da Eldar Mahmudovun generallarına zor, hədə qarşılığında 3 milyon avro pul ödəməli olmuşdu. Bu da məhkəmədə təsdiqini tapdı.

Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədovun komandasına qarşı da eyni ssenari üzrə hərəkətlilik baş verə bilər. Belə ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Vergi Auditi Departamentində qeyri-rəsmi yoxlamaların aparıldığı bildirilir. Ayrı-ayrı sahibkarlar çağırılaraq sorğu-sual olunur, onlardan hədə, zor yolu ilə alınan “şapka”ların məbləğləri aydınlaşdırılır.

Fazil Məmmədovun iri çaplı sahibkarlara qarşı tətbiq etdiyi “dinmə, ver, vergisi”nə məruz qalanların siyahıları tutulur. Onların ödədikləri məbləğlərin hesabatı hazırlanır. Toplanan materialların sonradan cinayət işlərinin əsasını təşkil edəcəyi də istisna deyil. Gələn məlumatlarda iddia olunur ki, proses ayın sonuna qədər davam etdiriləcək. Əldə olunan məlumatlar təhlil ediləndən sonra isə Fazil Məmmədovun kadrlarına qarşı ittihamlar irəli sürülə bilər. Mümkündür ki, sabiq nazirin işə qəbul etdiyi və yaxın çevrəsinə daxil olan bir neçə iri vergi məmuru qandallanacaq. Onlardan Fazil Məmmədova qarşı ifadələr alınacaq. Bu isə Fazil Məmmədova əlavə və kəsərli təzyiq göstərmək üçün imkanlar yaradacaq. Yada salaq ki, Fazil Məmmədov işdən çıxarılandan 1 gün sonra Ali Məhkəmədən bu baxımdan maraq doğuran açıqlama verilmişdi. Dekabrın 5-də axşam saatlarında artıq sabiq nazirə çevrilən Fazil Məmmədovun fəaliyyətinə dekabrın 6-da səhər Ali Məhkəmədən belə bir qiymətverici məlumatla münasibət açıqlanıb.

Rəsmi məlumat belə idi: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb. “Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”.

Yəni elə ilk günlərdəcə Fazil Məmmədova ismarıc verilib ki, onun qanunsuzluqlarından narazı qalan sahibkar ordusu var. Onların az bir qisminin ifadələrinin rəsmiləşdirilməsi Fazil Məmmədov və komandasının həbsinə kifayət edər. Hazırda hələ ki, material şəkilində olan və hər an cinayət işinə çevrilə biləcək cinayət dosyeləri toplanır. Bu işlərin varlığı ölkədən çıxarılan 4.5 milyardlıq “qara pul”un geri qaytarılması üçün qarantiya rolunu oynaya bilər...(müsavat.cm)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru