Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədov, onun general qaynı və Vidadi Məmmədov haqda inanılmaz iddialar


Fazil Məmmədov öz qaynına general rütbəsi verdirərək müşaviri təyin edib


Vidadi Məmmədovun evindən kim 1 milyon nəğd pul aparıb; Vergilər nazirinin müavini necə Baş prokuror olacaqmış; iki kabineti olan Namiq Quliyev yaxın qohumu olan naziri niyə vecinə almır...

Vergilər Nazirliyinin bir qrup əməkdaşı tərəfindən bu nazirlikdə baş verənlərlə bağlı mətbuata məktub göndərilib. PİA.AZ-a da daxil olan həmin məktubu bəzi redaktə və ixtisarlarla təqdim edirik və qeyd edirik ki, bütün iddialarla bağlı yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

"Bir neçə vaxt əvvəl mətbuatda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində(qısa olaraq VCAD) baş verən çirkin və iyənc hadisələr barədə məlumatlar verilmişdi.

Onlardan bəziləri işçilərin hüquq pozuntuları ilə bağlı olmuşdur.

VCAD-ın sabiq sabiq sədri Vidadi Məmmədov və Fazil Məmmədovun hal- hazırda  müşaviri və həmçinin qayını olan  Namiq Quliyevdən söhbət gedir.

Nəticədə nazirin qaynı Namiq Quliyev general olmuş və nazirin müşaviri təyin edilmişdir.

Vidadi Məmmədov VCAD-dan uzaqlaşdırılsada,  faktiki olaraq yenə Departamentə rəhbərlik edir, ona görə ki, onun bir nömrəli  və pulyığan adamı Elmir Şirinov yenə iş başındadır. Vidadi Məmmədovun   adamları Tariel Tağıyev (Vidadi Məmmədovun , ikinci ali təhsil aldığı hüquq fakultəsində qrup yoldaşı ), şöbə rəisi Nəriman Məcidov, şöbə rəisi Miri Bağırov İdarənin rəis müavini Nofəl Əhmədov müstəntiq vəzifəsində işləyirlər. Bu şəxslərin hansı səbəbdən orda qalması bəlli deyil, ona gorə ki, ən azından onlar bütün hadisələr barədə məlumatları Vidadi Məmmədova çatdırırlar və onun orada istintaq edilən bütün işlərdən xəbəri var. Onun xəbərdar olması isə çox təhlükəlidir, ümumən sahibkarlar üçün.

Onuda bildirim ki,Vidadi Məmmədovun  oğlunun qaynatası general Sübair Qurbanov  Milli Təhlükəsizlik Nazirliyinin  İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsində rəisi idi və artıq  iki gün əvvəl həbs edilib.

Vidadi Məmmədov iş adamlarının dosyasını general Sübair Qurbanova verirdi və onların sonradan başlarına gələn hadisələr hamıya məlumdur.

Bu daima belə olub. Sadəcə olaraq bunu əvvəllər həmin təşkilata hörmət olaraq yazmırdıq. İndi isə vəziyyət dəyişib, ona görə məlumatı çatdırırıq.
 
Vidadi Məmmədov barədə bir məlumatda var ki, o hətta öz xaricə gediş-gəlişini də sahibkarlar hesabına həyata keçirmişdir. Belə ki, 2015-ci ilin mart ayında Vidadi Məmmədov ailəsi ilə birgə Ankaraya getmiş və orada Vidadi Məmmədov kimi yox Vidadi Qoca adı altında qalmış. Otelin xərclərini isə “Koza” şirkəti ödəmişdir.“Koza” şirkətinin isə Türkiyədə dövlət çevrilişi hazırlayan paralel dövlət adlandırılan Fətullah Gülən camaatına aid olması hamıya məlumdur.

Həmçinin Vidadi Məmmədovun  şirkəti də mövcuddur. Həmin şirkət müxtəlif kompyuter avadanlıqları gətirir. Şirkətdə əsasən xaricilər çalışır. Hazırda Vidadi Məmmədovun 30-40 milyon dollar vəsaitinin olduğu bilinir. Bu pullar Vidadi Məmmədov tərəfindən son beş ildə əldə olunmuşdur.
 
Vidadi Məmmədova  krışalığı isə  Fazil Məmmədovun digər yaxın qohumu,  hal-hazırda vergilər nazirinin müavini olan  Namiq Əliyev edir. Namiq Əliyev açıq-aşkar Vidadi Məmmədova deyirdi ki, o baş prokuror olacaq və onu Vergiyə Nəzarət İdarəsinə rəsi qoyacaq. Onda hər şey başqa cür olacaq.Bu əlbəttə ki, Eldar Mahmudovun  plani idi.Eldar Mahmudov heç zaman Zakir Qaralovu istəməmişdir. Çünki Zakir Qaralov Eldar Mahmudova çox işlərində mane ola bilirdi. Eldar MahmudovFazil Məmmədovun yaxın qohumu və müavini Namiq Əliyevlə plan qurmuşdurlar, Eldar Mahmudovun işdən çıxarılması planları pozdu.Bu məsələni ancaq Fazil Məmmədov və ona yaxın çox az sayda adam bilirdi.Məsələ bubndadır ki,Zakir Qaralov Vergilər Nazirlyinin hər istədiyi iş adamının cinayətə cəlb olunması üçün sanksiya vermirdi. Ona görədə qərara alınmışdı ki, Zakir Qaralovu devirib yerinə Namiq Əliyevi qoydursunlar.

Vidadi Məmmədov yaxşı xatırlayır. Həmişə deyirdi ki, mən yığılan pulları nazir müavini Namiq Əliyevə verirəm, o isə pullarla nə edir mənlik deyil.

Fazil Məmmədovun qaynı və müşaviri olan Namiq Quliyevə gələk. Namiq Quliyev artıq naziri belə  vecinə almır. Necə olur ki, Namiq Quliyevin iki kabineti olur. Biri nazirlikdə əsas binada,digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyev Fazil Məmmədovun müşaviri olmasına baxmayaraq,nazirlikdə oturmur. Çox vaxtını Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində keçirir.Çünki əsas pulun yığıldığı yer orasıdır.

Nazir Fazil Məmmədov qaynına demək olar hər həftə deyir ki, gəl, nazirlikdə otur. O isə heç naziridə dinləmir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində özü üçün kabinet açıb və orda oturur. Fazil Məmmədovun qohumları Namiq Quliyev və Namiq Əliyev Vergilər Nazirliyindən sanki xüsusi şirkətləri kimi istifadə edirlər.
 
Əlavə olaraq qeyd etmək lazımdır ki, Vidadi Məmmədovun evindən oğurluq olub. Onun bağbanı tərəfindən  1 milyon nəğd pul aparılıb. Bu barədə sadəcə olaraq araşdırma aparılmadı məsələ gizli saxlanıldı. Ümumiyyətlə Vidadi Məmmədov eyni MTN-nin üslubunda işləyib. Ona görə ki,Vidadi Məmmədov əvvəllər  OBXSS işçisi olmuş Eldar Mahmudovun işçisi olub.

Hazırda Vidadi Məmmədovu bir neçə şirkət rəhbəri axtarır. Lakin Vidadi Məmmədov onların telefonlarına cavab vermir. Ona görə ki, həmin şəxslər ona verdikləri pulu göstərilməmiş xidmətə görə geriyə istəyir.

Lazım olduqca Vidadi Məmmədov barəsində ətraflı və maraqlı faktlar daim veriləcək.

Bir məsələnidə qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu Osman Əbiyev Vergi Cinayətləri Departamentində rəis müavindir.Aylıq 3500 manat paket alır.Heç bir iş görmür, ancaq  kabinetdə çay içməklə məşğuldur. Doğrudanmı Səfər Əbiyevin oğlu 3500 manat paketə möhtacdır?”

Bu məktubu dərc etməklə yanaşı qarşı tərəflərin də mövqeyini tam olaraq dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar