Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faytonçu Nazimə diaqnoz qoyan həkim danışdı


“O əməliyyatı eləməsəydim, indi həyatda yox idi”


Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin ona səhv diaqnoz qoyaraq yanlış əməliyyat etməkdə günahlandırdığı “ElMed” klinikasının həkimi Elman Əzimov açıqlama verib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində danışan həkim kamera önünə keçmək istəməyib. O, Nazimin onun ünvanına səsləndirdiyi ittihamlarala razılaşmayıb:

“Onun dedikləri real deyil. Sadəcə, mən efirə çıxmıram. Gözləyirəm ki, bu insan dərk eləsin. Başa düşmür ki, onu ölümdən mən qurtarmışam. Mən həmin gün o əməliyyatı eləməsəydim, indi həyatda yox idi. Bir gün qabaq təcili yardım xəstəxanasına gedib. Şəxsən özü yanıma gəlib. Onkologiyadan cavab gəlib, mən sonra əməliyyata girmişəm. Mən ona qabaqcadan demişəm ki, filan problemlər ola bilər. Bizi həmin vaxt onu ölümdən qurtarmışıq. Öd kisəsinin tikilməsi söhbəti də olmayıb. Çünki əməliyyat lazerlə edilib. Əməliyyatın mərhələləri var. Bu insan bunların heç birini qəbul eləmədi. Mənim səhvim varsa, cəzamı qəbul edərəm. Peşman olmuşam ki, onu əməliyyat etmişəm. Mənim həyatımı məhv eləyib. Bizim bütün nəslimiz həkimdir. Mən Azərbaycanda 20 ilə yetişmişəm, Türkiyədə kurslar keçmişəm. Bu, mənə qarşı şantajdır”.

Nazim isə veriliş vasitəsilə Elman Əzimovu “yalançı” adlandırıb:

“Elman Əzimov yalançı adamdır. Vəkili də ona istinadən fikirlərini söyləyir. Bu adam hər gün bizdə idi. Mən özüm də məəttəl qalırdım ki, bu niyə hər gün mənə dəyməyə gəlir? Çünki bu insanın problemləri var imiş. O, ailə üzvlərimə deyibmiş ki, Nazim onkoloji xəstədir. Məni Türkiyəyə və İsrailə aparanda demirdilər ki, sən xəstəsən, deyirdilər elə-belə ürəyivi yoxlatmağa aparırıq. Onkoloq mənə baxanda dedi, bunu niyə gətirmisiz mənim yanıma? Fateh Ağalar məni sonuncu dəfə əməliyyat etməzdən əvvəl bir də yoxladılar və dedilər ki, səndə onkoloji heç nə yoxdur. İsrailə gedəcəyimi Elman həkim bilirdi. Hətta mən ona dedim ki, mənim İsraildə çoxlu həkim dostlarım var, gəl sən də mənimlə get, sənə də təcrübə olar. İndi yalandan deyirlər ki, mənim İsrailə gedəcəyimdən xəbərləri yox idi. Elman həkim evdəkilərə, şəxsən bacıma deyib ki, bunun 6-7 ay ömrü qalıb, kimyəvi terapiya olunmalıdır. Əməliyyat zamanı qanaxma olub və bunu da bizdən gizlədib. Bundan başqa, əməliyyat zamanı bu insan mənim yoldaşımı əməliyyat otağına aparıb ki, gəl bax. Belə şey harda var? Bu 4 ayda mən 14 saat narkoz aldım. Elman həkim, niyə sizin səhviniz ucbatından mən 14 saat narkoz almalıyam? Niyə sizə görə mənim 77 yaşlı anam, ailə üzvlərim sarsıntılar keçirməlidir? Səhviniz yoxdursa, niyə məni Türkiyədə, İsraildə yenidən əməliyyat etdilər?”.

Qeyd edək ki, Nazim Pişyari Elman Əzimovun ona xərçəng diaqozu qoyduğunu və öd əməliyyatı zamanı öd yollarını tikdiyini iddia edib. O, təkrar əməliyyatlarına 62 min dollar xərclədiyini bildirib və vurduğu maddi-mənəvi ziyana görə Elman Əzimovu məhkəməyə verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar