Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faşist feministlər


Zeki Demirkubuzun fikridir: “Özünü feminist, ya da qadın haqlarının müdafiəçi kimi elan edən adam bütün məsələlərə məhz bu istiqamətdən baxır. Film izləyəndə də rol aldığı bu obrazı unutmur və nəticədə ona qıcıq verəcək nəsə tapır”


İllərdir feministlər Zeki Demirkubuzun üstünə balta ilə getdilər. Niyə həmişə filmlərində qadınlar xəyanət edir? Ən qəddar planda qadınların durmağı haqsızlıqdır. Seçiciliklə məşğuldur, qadın haqlarını pozur.
 
Zeki Demirkubuz isə feministlərin həmişə ona haqsızlıq etdiyini deyir və “Bulantı” filmində kişinin xəyanətini təsvir edir: “Kişi xəyanət etsin, bir az rahatlasınlar”. Sonra rejissor belə açıqlama verir: “Həyatın əsası xəyanətdir, pislikdir. Bu cür şeyləri necəsə reallaşdırmaqdır. Gözəllik, yaxşılıq, sədaqət çözüm kimi ortaya çıxıb. İnsan təbiətini qazıb araşdırsaq yaradılışımızdakı yarımçıqlığa gedib çıxar”.
 
Məsələ nədir? Nə yazıq ki, bu gün ideologiya ilə silahlanan gənclər sənətə aqressiya ilə yanaşırlar. Hekayəyə, romana, filmə və s. Düşüncələrini dar çərçivəyə salıblar və yalnız o çərçivədən boylanırlar həyata.
 
Zeki Demirkubuz film çəkir, həyatın əsasının xəyanət olduğu mesajını verir, bir feminist də ayağa durub qışqırır ki, bəs biz qadınlardan nə istəyirsiniz.
 
İdeologiya sevgi ilə yoğurulmayanda aqressiya yaradır. Sevgi olmayan yerdə ətrafında baş verənlərin ona qarşı olduğu düşünülür. Bir adam fikir bildirməyinə peşmandır, o dəqiqə yarğılayırlar: “Qadın hüquqlarını pozur”. Bu cümləni mən belə yazdım, onlar isə bu sözlərin yanına söyüşlər, təhqirlər əlavə edirlər.
 
Çox təəssüf ki, bu gün gənclər ideologiyasız dura bilmirlər. Sanki ideologiya mütləq onların həyatlarında yer almalıdır. Bizdə ideologiyaya baş qoşan gənc öz yarımçıqlığını gizlətməyə çalışır. Əsas istəyi odur ki, ətrafında çox adam olsun, fikirlərinin təsdiqini tapsın, səsinə səs verilsin. Küyə gedirlər. Nazım Hikmət, Dəniz Gəzmiş, Çe Gevara olmaq cəhdində bulunurlar. Halbuki bu adamların ideologiyası əzilənlərin yanında durmaq idi. Onlar ideologiyanın dar çərçivəsinə sığınmırlar. Kimisə çəkdiyi filmə, yazdığı yazıya görə ittiham etmirlər. İndi ideologiya donu geyinmiş cavanlar İŞİD-çi təfəkkürlü dindarları xatırladır və bu tükürpədicidir. Bunlar hələ cəmiyyətin fərqli rəngləridir. Ancaq heyf ki, bu fərqlilik onların yalnız zahiri görünüşünə hopub. Silahlandıqları ideologiyanın dar çərçivəsindən çıxa bilmirlər, dünya görüşlərini inkişaf etdirmirlər. Hər gün komputerin qarşısında dayanıb sosial şəbəkədə kimin “qatıqlayacağını” gözləyir, sonra da “ağzının payını verirlər”.
 
Vəssalam, onların ideologiyasının qayəsi budur. Heyf! Get-gedə radikallaşırlar. Onlarla razılaşmayanları hədələyirlər, hətta. Artıq içində olduqları ideologiyanı getdikcə faşizmə apardıqlarından xəbərsizdilər. 

Ayxan Ayvaz(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar